Ödənişli İstehsalat Təcrübəsi Proqramı

SOCAR “Azərikimya” İstehsalat Birliyində (Sumqayıt şəhəri) motivasiyalı və istedadlı gənclər üçün “Ödənişli İstehsalat Təcrübəsi Proqramı” elan edir. SOCAR Azərbaycanda və xarici ölkələrin ali məktəblərində təhsil alan gənc məzunlara neft və qaz sənayesində savadlı mütəxəssislərin və menecerlərin yanında təcrübə keçmək, onların dərin biliklərindən yararlanmaq, real iş mühiti ilə tanış olmaq və peşəkar karyeralarına başlanğıc üçün böyük nailiyyətlər əldə etmək imkanı yaradır. Tələblər: Azərbaycan Respublikasının vətəndaşı olan; Tələb olunan ixtisaslar üzrə bakalavr pilləsində təhsilini bitirmiş məzunlar, həmçinin magistratura pilləsində təhsilini davam edən tələbələr və ya təhsilini son 3 tədris ilində bitirmiş gənclər proqrama müraciət edə bilərlər. İxtisas sahələri: İnşaat/Təmir-tikinti (Sumqayıt şəhəri) NÖC və Avtomatika (Sumqayıt şəhəri) Mexanika (Sumqayıt şəhəri) Energetika (Sumqayıt şəhəri) Kimya Texnologiya (Sumqayıt şəhəri) Gənclərin Ödənişli İstehsalat Təcrübəsi SOCAR-ın tərkibində olan müəssisə və təşkilatlarda 3 ay müddətini əhatə edir. Gənclərə təcrübə müddəti ərzində aylıq ödəniş məbləği 250 AZN (vergilər daxil olmaqla) təşkil edir. Təcrübə müddətinin sonunda bütün təcrübəçilərə fəaliyyətləri barədə istehsalat xasiyyətnaməsinin təqdim olunması, fəaliyyəti barədə müsbət rəy almış və SOCAR-da işləmək arzusu olan gənclərin müsahibə yolu ilə Kadr Ehtiyatı Bazasına (KEB) daxil edilməsi və kadr tələbatına uyğun olaraq müvafiq vakant yerlər yaranarsa KEB-də olan namizədlərin işlə təmin olunma məsələsinə baxılması nəzərdə tutulmuşdur. Ətraflı məlumat və müraciət üçün link:https://lnkd.in/dPmwGD4

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az