Cümə axşamı, 14 Avqust, 2025

PROGRO komandası sizi “Peşəkar İnkişaf Proqramı”na dəvət edir


  • Dərc edildi: 13 Aprel, 2022 - 07:10
PROGRO komandası sizi “Peşəkar İnkişaf Proqramı”na dəvət edir

PROGRO komandası sizi “Peşəkar İnkişaf Proqramı”na dəvət edir. 2 aylıq bu proqramda siz fiziki təlimlər, məşğələlər, praktik tapşırıqlar, aktiv iş axtarışı, tədbirlərin təşkili, müxtəlif mövzularda təqdimatlar, şirkət nümayəndələri ilə görüşlər kimi bir çox fəaliyyətlərdə iştirak edəcək və iş mühitinə bir peşəkar kimi hazırlaşacaqsınız. Bəs bu proqramda kimlər iştirak edə bilər? Əgər: - Uğurlu karyeraya başlamaq; - Şəxsi və peşəkar inkişafınıza yeni nəfəs vermək; - Həyatdakı seçim imkanlarınızı genişləndirmək istəyirsinizsə; O zaman TƏLƏSİN! İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək: - 30 yaşı tamam olmamış; - Orta və ya ali ixtisas təhsilli məzunlar; - Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər. İştirak etmək istəyənləri 20 aprel 2022-ci il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik: https://forms.gle/cRQMCy2C6DZUUD3g8 “Peşəkar İnkişaf Proqramı”nda iştirak tamamilə ödənişsizdir! “PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6512
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1456
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 570
“İnnovativ məktəb” l...