“Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs
Tibb Bacısı
Vəzifə öhdəlikləri:
• Xəstələrin fiziki müayinəsini edərək anamnez almaq, öhdəliyində olan zəruri tibbi
prosedurları yerinə yetirmək;
• Xəstə baxımının davamlılığını təmin edərək lazımi yönləndirmələri edə bilmək;
• Klinikada qəbul olunmuş sanitar-gigiyenik və infeksion nəzarət qaydalarına riayət
etmək, iş mühitində daim təmizlik və təhlükəsizlik şəraitini qorumaq;
• Tibbi prosedurlar zamanı peşəkar yanaşma nümayiş etdirmək, həmçinin xəstənin
fiziki və psixoloji rahatlığını nəzərə almaq;
• Tibbi sənədləri və qeydiyyat sistemlərini dəqiq və düzgün aparmaq;
• Tibbi avadanlıq və materiallardan düzgün istifadə etmək və onların saz
vəziyyətdə saxlanmasına nəzarət etmək;
• Etik davranış prinsiplərinə və pasiyent məxfiliyinə (gizliliyinə) ciddi şəkildə riayət
etmək;
• Xəstələr və onların yaxınları ilə empatiya və hörmət çərçivəsində ünsiyyət
qurmaq, onların narahatlıqlarına həssas yanaşmaq;
• Öz peşəsini sevərək və məsuliyyətlə icra etmək, humanist yanaşmanı və
pasiyent mərkəzli düşüncə tərzini fəaliyyətində əsas tutmaq;
• Daimi inkişaf və öyrənməyə açıq olmaq, iştirak etdiyi təlimlər və seminarlar
vasitəsilə bilik və bacarıqlarını artırmağa çalışmaq;
• Komanda daxilində qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq mühitinə töhfə
vermək;
• Mürəkkəb və stresli situasiyalarda psixoloji dözümlülük göstərmək və peşə
etikası çərçivəsində adekvat qərarlar vermək;
• İnsan həyatının etibar edildiyinin fərqində olaraq, vicdanlı, diqqətli və səmimi
xidmət göstərmək.
Namizədə dair tələblər:
• Orta ixtisas və ya ali tibb təhsili (tibb bacısı-mamalıq ixtisası üzrə);
• Sahə üzrə azı 2 illik iş təcrübəsi arzuolunandır;
• Gigiyena və aseptika qaydalarını dərindən bilməli;
• Komandada işləmə bacarığı, məsuliyyətlilik və operativlik;
• Yaxşı ünsiyyət qurma, xəstələrlə, yaxınları ilə və personal ilə etik davranış
bacarığı;
• Microsoft Office və tibbi qeydiyyat proqramları ilə işləmək bacarığı üstünlükdür
• Tibbi etikaya və konfidensiallığa riayət etmək;
• Stressə davamlılıq və çevik qərarvermə qabiliyyəti.
Əlavə Məlumat:
• İş yeri: Xankəndi, Qarabağ
• Əməkhaqqı: Rəqabətədavamlı və peşəkar təcrübəyə uyğun təklif olunur.
Müraciət Qaydası:
Maraqlanan şəxslər 07 iyul 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına “Tibb bacısı” başlığı ilə CV və müvafiq sənədləri göndərməlidirlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb