Rəqəmsal bank məhsulları üzrə analitik vəzifəsi üzrə vakansiya

“Bank Respublika” ASC Rəqəmsal bank məhsulları üzrə analitik vəzifəsi üzrə vakansiya elan edir. Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik. Ümumi vəzifə öhdəlikləri:
  • Web tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;
  • Web tətbiqlərin funksional testi (front-end və back-end);
  • Web tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
  • Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
  • Layihə və texniki sənədlərlə işin aparılması.
Namizədə qarşı tələblər:
  • Ali təhsil;
  • İş təcrübəsi: texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında Web tətbiqinin hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi, layihələrin hazırlanması və icrası üzrə arzuolunandır;
  • Bank məhsulları haqqında biliklər;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili arzuolunandır;
  • Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
  • Fikrini düzgün və dolğun çatdırmaq bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
  Sizə nə təklif edirik?  
  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.
  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11 iyun 2021-ci il tarixinədək email-in mövzu hissəsində “Rəqəmsal bank məhsulları üzrə analitik” qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.   Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az