“STP-AH” MMC– nin Satınalma şöbəsinə menecer vakansiyası elan edir.
Zavod 2012-ci ildə istismara verilib. Zavodda metal tədarükü, poladəritmə və yayma istehsal sahələri fəaliyyət göstərir.
Bizim üçün ideal namizəd :
-Ali təhsilli;
-Analoji sahədə həmçinin istehsalat sahəsində ən azı 5 illik iş təcrübəsi olan;
-Planlama qabiliyyətinin olması;
-Bazar araşdırılması və analiz edilməsi;
-Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı;
-Azərbaycan, rus vəingilis dillərini yüksək səviyyədə həm şifahi, həm də yazılı bilməlidir;
-Texniki biliklərin olması arzuolunandır;
-Microsoft Office proqramlarını mükəmməl səviyyədə bilməlidir;
Hansı işləri görəcəksiniz :
-Satınalma prosesini vaxtında, prosedur və proseslərə uyğun olaraq təşkil və icra etməli;
-Bazar qiymətləri və ümumi iş fəaliyyətlərini izləməli;
-Anbarda olan məhsulların izlənilməsinə nəzarət etməli;
-Potensial təchizatçıları araşdırıb məhsullarını, qiymətlərini və xidmətlərini müqayisə etməli;
-Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər proseslərin effektiv idarə olunmasını həyata keçirməli;
-Rəhbərliyə bütün ödənişlərin, təchizatla bağlı qərarların hesabatının təqdim edilməsi və təsdiqinin alınması;
-Təchizat sifarişlərinin təşkili və idarə edilməsi (açılmış sifariş formalarının analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
-Əsasən 2 istiqamədə: inzibati işlər və istehsalat, zavod məhsullarıüzrə satınalma və təchizat prosesinə və komandaya nəzarət etməli;
-Satınalma prosesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirməli;
-Ödəniş sorğularını həyata keçirməli, ödənişlərə nəzarət etməli;
-Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
-Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması və s.
Əlavə məlumatlar :
-Əmək haqqı razılaşma əsasında;
-Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
-İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi;
-İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrəmenecer” yazaraq 11.05.2022 il tarixinədək[email protected]ünvanına göndərmələri xahiş olunur.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur