Çərşənbə axşamı, 1 İyul, 2025

Zərərlərin qiymətləndirilməsi və təmir üzrə təcrübəçi vakansiyası


  • Dərc edildi: 12 Aprel, 2022 - 07:28
Zərərlərin qiymətləndirilməsi və təmir üzrə təcrübəçi vakansiyası

“Paşa Sığorta” ASC “Zərərlərin qiymətləndirilməsi və təmir üzrə təcrübəçi” axtarır. Vəzifə Və Öhdəliklər: • Əmlaka dəyən zərərin qiymətləndirilməsinə dair sənədlərin kənar strukturlardan (avtoservislərdən, qiymətləndiricilərdən) əldə edilməsi; • Təmir işlərinə ümumi nəzarətin həyata keçirilməsi və təmirin keyfiyyətli olmasının təşkil edilməsində dəstək; • Sığorta hadisəsi nəticəsində əmlaka dəyən zərərin müəyyənləşdirilməsi, hissələrin siyahısının tərtib edilməsi, avtoservislərin təqdim etdiyi qiymətlərin orta bazar qiymətlərinə uyğunluğuna nəzarət və avtoservislərlə qiymətlərin razılaşdırılmasında dəstək; • Yekun zərərin təyin edilməsində dəstək və məlumatın departamentin müvafiq əməkdaşına ötürülməsi; • Sığortaçının, müştərilərin və avtoservislərin xeyrinə əsassız xərclərin qarşısının alınması, sığorta dələduzluğunun aşkarlanıb ifşa olunmasının təşkilində dəstək; • Öhdəliklərinin icrası zamanı aşkarlanmış lazımı məlumatların Departamentin digər əməkdaşlarına ötürülməsi; • Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi üçün üçüncü müstəqil tərəfin iştirakının vacib olduğu təqdirdə, bunun təmin edilməsi. Biliklər: • Natamam Ali və ya Ali təhsil – Texniki sahədə təhsil arzu olunandır; • Yol nəqliyyat hadisələri haqqında biliklər arzu olunandır; • Avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri haqqında məlumatlı olmaq arzu olunandır ; • Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki biliklər; • Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə biliklərin olması. Rus və İngilis dili bilikləri arzu olunandır. Bacarıqlar: • Yaxşı ünsiyyət bacarığı • Stressə davamlılıq • Təşəbbüskarlıq • Məqsədyönlülük • Emosional stabillik və məsuliyyətli olmaq Sürücülük vəsiqəsi olanlara üstünlük verilir. Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi[email protected]ünvanına göndərin.

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 88
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 43
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 219
Məktəbəhazırlıq qrup...