“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Sərnişin platforması üzrə növbətçi” (HSPN) vəzifəsinə işçi qəbulu elan edir. Müsabiqədə iştirak etmək istəyənlərə əsas tələblər aşağıdakılardır: - təhsil: ali və ya texniki peşə; - yaş həddi: 30 yaşına qədər; - hərbi bilet (yararlılıq kateqoriyası ilə kişi namizədlər üçün); - boy: qadın namizədlər üçün 160 sm və daha uca, kişi namizədlər üçün 165 sm və daha uca. Seçim məntiq testi və müsahibə keçirilməsi yolu ilə aparılacaq. Seçilmiş namizədlər tibbi yoxlamadan keçməklə 1 (bir) ay müddətinə xüsusi hazırlıq kursuna buraxılacaqlar. Kursu müvəffəqiyyətlə başa vuran iddiaçılar test imtahanına cəlb olunacaqlar. Yüksək bal toplayanlar sərnişin platforması üzrə növbətçi (HSPN) vəzifəsinə qəbul ediləcəklər. İddiaçılar “Bakı Metropoliteni” QSC-nin rəsmi veb-səhifəsinin“Karyera və əməkdaşlıq”bölməsinə daxil olaraq,“Bizdəiş”yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron ərizələr yalnız yanvar ayının 10-dan 25 -nə qədər olan tarixdə qəbul edilir. Elektron müraciət doldurularkən, müvafiq xanaya, iddia etdiyiniz vəzifə kimi, mütləq qaydadaplatforma növbətçisi və ya HSPNyazılmalıdır. Xüsusi qeyd: Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl və sonra göndərilən, eləcə də müvafiq qaydada“platforma növbətçisi” və ya “HSPN”qeydi olmayan elektron ərizələr ərizə bankına daxil olmur.