Siyasi elmlər və diplomatiya üzrə yay məktəbi başa çatıb

Siyasi elmlər və diplomatiya üzrə yay məktəbi başa çatıb


9-14 iyul tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Şamaxı rayonunda təşkil olunan "Siyasi elmlər və diplomatiya üzrə yay məktəbi" başa çatıb.   Yay məktəbinin təşkilində əsas məqsəd tələbə və məzunların beynəlxalq münasibətlər, siyasi elmlər və diplomatiya mövzusu üzrə praktiki bilik və bacarıqlarının artırılması, onlara müxtəlif siyasi səpkili mövzulara dair interaktiv müzakirələrdə iştirak imkanı yaradaraq səmərəli platformanın yaradılmasıdır.   5 günlük yay məktəbində iştirakçılar üçün Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov, Topçubaşov Mərkəzinin tədqiqatçısı Ayaz Rzayev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin müdiri Yalçın Rəfiyev, təhsil nazirinin müşaviri Nicat Məmmədli, Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəis müavini Ruslan Rzayev, Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) direktoru Elməddin Mehdiyev, BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlının təqdimatında müxtəlif mövzularda informativ sessiyalar keçirilib.   Sessiya və mühazirələrdən sonra iştirakçıların əylənərək öyrənməsi və asudə vaxtlarının səmərəli istifadəsi məqsədilə müxtəlif mövzularda debat turniri, "Nə? Harada? Nə zaman?" bilik yarışması və Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyası təşkil olunub.   Yay məktəbinin bağlanış mərasimi isə Bakı Slavyan Universitetində təşkil olunub. Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev və “Bir Könüllü” təşkilatının sədri Ülvi Əlizadə iştirakçılara təşəkkürlərini bildirərək, peşəkar dövlət xadimləri və diplomatların təqdimatı ilə keçirilən 5 günlük yay məktəbinin ölkəmizdə diplomatiya sahəsində ixtisaslı kadrların yetişməsində öz töhfəsini verəcəyinə ümidvarlıqlarını ifadə ediblər.   Daha sonra düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub.

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az