Çərşənbə axşamı, 1 İyul, 2025

"Sosial Media üzrə təcrübəçi" vakansiyası


  • Dərc edildi: 15 May, 2025 - 17:52
"Sosial Media üzrə təcrübəçi" vakansiyası

"Sosial Media üzrə təcrübəçi" vakansiyası 

 

Sosial Mediada Ulduzunu Parlat!

Sosial Mediada "content" yaratmaq, kreativ ideyalarla fərqlənmək və brend səsini eşitdirmək istəyirsənsə, bu təcrübə proqramı tam sənlikdir!

Azersun Holding şirkətlər qrupuna daxil olan Media Balans MMC-də "Sosial Media üzrə təcrübəçi" vakansiyası çərçivəsində komandamıza enerjili, öyrənməyə həvəsli və sosial media dünyasına marağı olan yeni əməkdaş axtarışındayıq. 
 


 Səndən Nə Gözləyirik?



 Instagram, LinkedIn, TikTok və ya digər sosial platformalara maraq;
 Kontent ideyaları irəli sürmə və trendləri izləmə bacarığı;
 Yüngül dizayn (Canva və ya oxşar platformalarda) və mətn yazma həvəsi;
 Araşdırma və öyrənmə həvəsi;
 Komandada işləməyə açıq və məsuliyyətli yanaşma.
 


 Sən Nə Qazanacaqsan?



  Real layihələr üzərində işləmək imkanı;
  Kontent planlaması, dizayn və paylaşımlar üzrə praktiki təcrübə;
  Digital marketing və sosial media üzrə biliklərini artırmaq;
  Mentor dəstəyi ilə peşəkar inkişaf;
  Uğurlu nəticələr göstərdikdə tam/zamanlı iş imkanı.

 Təcrübə müddəti: 

 3 ay (performansa əsasən uzadıla və ya iş təklifi ilə nəticələnə bilər)

 İş Qrafiki: Həftə içi 5 gün | 09:00 – 18:00

 Nahar şirkət tərəfindən təmin olunur
 Nəqliyyat dəstəyi mövcuddur
 Təcrübə müddəti ödənişlidir (maaşlıdır)

 İş yeri: Bakı şəhəri

 CV göndərmək üçün: [email protected]
 Mövzu hissəsində: “Sosial Media üzrə təcrübəçi” qeyd etməyiniz xahiş olunur.
 Sosial media sənin üçün sadəcə əyləncə deyil, həm də gələcək karyeran ola bilər! Elə isə başla – öz izini bizimlə qoy!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

1 Rəy Var:

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 56
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 32
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 217
Məktəbəhazırlıq qrup...