reklam

Sosial Media və Kommunikasiya kanalları üzrə Satış mütəxəssisi vakansiyası

Şirkətin adı:“Honours Academy” Vəzifə:Sosial Media və Kommunikasiya kanalları üzrə Satış mütəxəssisi Namizədə tələblər: - Yaş: 20-30 - İş təcrübəsi: 1 il (Sahə üzrə təcrübəçi fəaliyyəti) - Marketinq və satış sahəsində yüksək fəlsəfi düşüncə forması - Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı) , Rus dili (arzuolunandır) - Operativlik və çeviklik - Növbəli rejimlə qeyri-iş günlərində də ofis daxili formada işləyə bilmək - Növbəli rejimlə qeyri-iş saatlarında da onlayn şəkildə işləyə bilmək - Stressə davamlı - Səlis nitq qabiliyyəti, - Yüksək məntiqi təfəkkür İş barədə məlumat: ● Sosial şəbəkələrdən gələn sorğuların cavablandırılması və satışa yönləndirilməsi ● Akademiyaya təlimlərlə bağlı gələn zənglərin cavablandırlması və satışa yönləndirilməsi ● Akademiyanın fəaliyyətinin fərqli istiqamətləri üzrə kontentlərinin paylaşımının edilməsi ● Sosial şəbəkələr üzrə qruplarda və digər platformalarda aktivliklərin təmin olunması, ● Marketinq direktorunun və Şirkət rəhbərliyinin digər tapşırıqlarının vaxtında və dəqiq icrası Namizədə adı çəkilən işlər üzrə gərəkli təlimlər təşkil olunaraq, iş prosesi tam öyrədiləcək. Həmçinin namizədin bilik və bacarıqlarından asılı olaraq potensial karyera yüksəlişi və vəzifə artımı üçün imkanlar veriləcək. Vakansiya üçün nəzərdə tutulan sınaq müddəti bitdikdən sonra əməkdaşla rəsmi Əmək müqaviləsi bağlanılacaq. Əmək haqqı: 400 AZN + Satışdan bonus Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Sosial Media və Kommunikasiya kanalları üzrə Satış mütəxəssisi” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını, həmçinin sosial şəbəkə hesablarını[email protected]ünvanına göndərə bilərlər.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az