˝TEAS PRESS - Gənclərin Roman Müsabiqəsi˝ elan edilir

˝TEAS PRESS - Gənclərin Roman Müsabiqəsi˝ elan edilir!


˝TEAS PRESS - Gənclərin Roman Müsabiqəsi˝nin şərtləri aşağıdakılardan ibarətdir:
– iştirakçıların yaş həddi 18-35 arasında olmalıdır;
– əsərlərin müsabiqəyə qəbulu 3 iyun 2022-ci il tarixindən başlayacaq və 31 avqust 2022-ci il tarixinə qədər davam edəcək;
–hər müəllif müsabiqəyə Azərbaycan dilində yazılmış, bütövlükdə və ya bir hissəsi heç bir çap və media orqanında yayımlanmayan bir roman təqdim edə bilər;
– ümumilikdə müsabiqəyə təqdim edilən romanın həcmi 250 səhifəni (hər səhifə boşluqlarla birgə 2000 (iki min) işarədən hesablanmaqla) keçməməlidir;
– müəlliflər müsabiqəyə həcmi 15 (on beş) min işarədən çox olmamaqla, əsərin 3 ixtiyari hissəsindən seçmələr də təqdim etməlidirlər;
– əsərlər fərdi qaydada – müəlliflərin özü və yaxud müstəsna hallarda onun adından çıxış edə biləcək şəxs (ailə üzvü, səlahiyyətli nümayəndəsi və s.) tərəfindən təqdim olunmalıdır (Şəxsiyyəti təsdiq edən sənədin surəti ilə birgə);
– müsabiqə - “Uzun siyahı” , “Qısa siyahı” və yekunda qaliblərin müəyyən edilməsi olmaqla - üç mərhələdə keçiriləcək;
– hər mərhələnin sonunda növbəti mərhələnin gedişi və başa çatma zamanı barədə ayrıca məlumat veriləcək.

Müsabiqənin yekun mərhələsində iştirakçılar arasından üç qalib seçiləcək və onlar ümumi qaydaya uyğun olaraq mükafatlandırılacaqlar.
-I yerin sahibinə 2000 (iki min) AZN pul mükafatı veriləcək, həmin əsəri TEAS Press Nəşriyyat evi tərəfindən çap olunacaq və “LIBRAFF” kitab mağazaları şəbəkəsində təqdimatı keçiriləcək.
-II yerin sahibinə 1500 (min beş yüz) AZN,
-III yerin sahibinə isə 1000 (min) AZN pul mükafatı veriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər [email protected] elektron ünvanına müraciət edə bilərlər.
__________________________________________________________________________________________________________________


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK:Edumap.az




İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az