Çərşənbə, 20 Avqust, 2025

İnformasiya sistemləri istiqaməti üzrə peşə hazırlığı kurslarının təşkilinə başlanılır


  • Dərc edildi: 14 İyun, 2022 - 07:24
İnformasiya sistemləri istiqaməti üzrə peşə hazırlığı kurslarının təşkilinə başlanılır

İnformasiya sistemləri istiqaməti üzrə peşə hazırlığı kurslarının təşkilinə başlanılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “4MAPS Academy” ilə birgə əməkdaşlıq çərçivəsində müasir əmək bazarının tələblərini nəzərə alaraq informasiya sistemləri istiqaməti üzrə peşə hazırlığı kurslarının təşkilinə başlayır.   İnformasiya sistemləri üzrə peşə hazırlığına cəlb olunacaq şəxslərə kurs müddəti ərzində Türkiyənin peşəkar müəllim-pedaqoji heyəti tərəfindən Coğrafiya informasiya sistemlərinin (GİS) əsas tətbiqləri, 3D xəritəçəkmə, şəhərsalmada GİS və s. haqqında ətraflı məlumat veriləcək.   3 aylıq kurs müddətində dərslər onlayn formada həftədə 3 dəfə, 2 saat olmaqla bütün mövzuları əhatə edəcək şəkildə tədris olunacaq. Kurs müddəti ərzində tədris türk dilində olacaq.   Peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək, kursu müvəffəqiyyətlə bitirən şəxslərin ”4MAPS Bilgi Teknolojileri” MMC-də məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.   Qeyd edilən istiqamət üzrə peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə Regional Məşğulluq filiallarına və ya “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyata düşə bilərlər.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7010
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1781
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 701
“İnnovativ məktəb” l...