Təcrübəçi mühəndis-elektrik vakansiyası

ATEF Şirkətlər Qrupuöyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmaqda maraqlı olan, komandada işləməyi bacaran gənc mütəxəssislər üçün “mühəndis-elektrik” vəzifəsi üzrə təcrübə proqramı elan edir. Seçilən namizədlər 3 aylıq təlim proqramına cəlb ediləcək. Təlimlər başa çatdıqdan sonra namizədlər imtahan ediləcək. İmtahandan yüksək nəticə əldə edən namizədlər üçün karyera planı hazırlanacaq. Şirkət:“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vəzifə: “Təcrübəçi mühəndis-elektrik” Əmək haqqı: 600-800 AZN İş şəraiti • 5 günlük iş həftəsi • Nahar fasiləsi: 12:00-13:00 • Nahar müəssisə tərəfindən təmin edilir. İş barədə məlumat • Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq; • Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq; • Transformator, elektron avadanlıqların texniki xidməti; • Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək; • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək; • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək; • Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək; • Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək; • Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək; • Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək; • Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək; • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək, • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək, Tələblər: • Ali təhsilli (elektroenergetika mühəndisliyi üzrə bakalavr və ya magistr), • Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi, • Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması, • Komputerdə mühəndis hesabat və dizayn proqramlarında işləmə bacarığının olması, • Konstruktor sənədlərinin tərtib olunması barədə standartların tələblərini bilməsi, • Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması, • Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı, • Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması, • Normativ və Texniki sənədlərlə işləmək bacarığı, • MS Excel, Auto Cad, 3D, SolidWorks proqramlarında işləmək bacarığı, • Azərbaycan, rus, ingilis (təlimlər ingilis dilində olacaq) və türk dili, Namizədin şəxsi keyfiyyətləri: • Fikrini izah etmək qabiliyyəti; • Ezamiyyə imkanları; • Ünsiyyət yaratmaq bacarığı; • İşə planlı yanaşması; • Fəal olması və komandada işləmək bacarığı. Bu vəzifəyə müraciət etmək üçün CV-ni[email protected]ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Təcrübəçi mühəndis-elektrik” Mövzu bölməsində göstərin.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az