reklam

Təcrübəçi mühəndis-mexanik vakansiyası

ATEF Şirkətlər Qrupuöyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmaqda maraqlı olan, komandada işləməyi bacaran gənc mütəxəssislər üçün “mühəndis-mexanik” vəzifəsi üzrə təcrübə proqramı elan edir. Seçilən namizədlər 3 aylıq təlim proqramına cəlb ediləcək. Təlimlər başa çatdıqdan sonra namizədlər imtahan ediləcək. İmtahandan yüksək nəticə əldə edən namizədlər üçün karyera planı hazırlanacaq. Şirkət:“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vəzifə: “Təcrübəçi mühəndis-mexanik” Əmək haqqı: 600-800 AZN İş şəraiti • 5 günlük iş həftəsi • Nahar fasiləsi: 12:00-13:00 • Nahar müəssisə tərəfindən təmin edilir. İş barədə məlumat • Müştərinin istəyinə və müəyyən etdiyi son tarixə qədər güc transformatorların layihə sxemlərini hazırlamaq; • Transformator hissələrinin sxemini və 3D modellərini yaratmaq üçün xüsusi proqram təminatından istifadə etmək; • Dizayn keyfiyyətini artırmaq, problemlərin vaxtında aradan qaldırmaq üçün istehsal və keyfiyyət qrupu ilə əməkdaşlıq etmək; • Mövcud mühəndislik qeydlərinin hesabatını aparmaq; • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək; • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək; • İstehsalatın texniki hazırlığını təmin etmək; • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək; Tələblər: • Ali təhsilli (Mexanika mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi); • Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi, • Azərbaycan, rus və ingilis dillərini (təlimlər ingilis dilində olacaq) blməli; • AutoCAD və 3D proqram təminatını və Autodesk/SolidWorks, Microsoft Office proqramlarını bilməli; • Analitik düşüncə tərzi; • Yeni lahiyələrdə iştrak etmək bacarığı; • Təzyiq altında işləmə bacarığı; • Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı; • Layihə sənədlərinin vahid sistemi (ЕСКД) əsas tələblərini bilmək; • QOST, EN, IEC və digər normativ texniki sənədlərdən (texniki şərt, texniki tapşırıq) istifadə etmək bacarığı; • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı; • Yeni məhsulların istehsal və sınaqdan keçirməyi bacarığı; Namizədin şəxsi keyfiyyətləri: • Fikrini izah etmək qabiliyyəti; • Ezamiyyə imkanları; • Ünsiyyət yaratmaq bacarığı; • Fəal olması və komandada işləmək bacarığı. Bu vəzifəyə müraciət etmək üçün CV-ni[email protected]ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Təcrübəçi mühəndis-mexanik” mövzu bölməsində göstərin.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az