Həkim-epidemioloq vakansiyası

BAKUDEZ GROUPHəkim-epidemioloq” üzrə vakansiya elan edir. 2019-cu ildə yaradılmış BAKUDEZ GROUP-a dezinfeksiya, dezinseksiya, deratizasiya, təmizlik (cleaning) və hovuzların təmizlənməsi, habelə dezinfeksiyaedici vasitələrin və təmizlik vasitələrinin satışı ilə məşğul olan 4 şirkət daxildir. BAKUDEZ GROUP-a daxil olan şirkətlər lisenziya (icazə) tələb olunan fəaliyyət növlərinin həyata keçirilməsi ilə bağlı müvafiq lisenziyaya (icazəyə) malik olmaqla yanaşı, beynəlxalq sertifikasiyadan da (ISO 9001:2015 standartı, ISO 14001 sertifikatı, ISO 45001:2018 sertifikatı) uğurla keçmişdir. Şirkət haqqında daha ətraflı məlumatı şirkətin rəsmi internet saytı (www.bakudez.az), habelə instagram (bakudez.az) və facebook (bakudez.az) səhifələrindən əldə edə bilərsiniz. Əmək funksiyası: Şirkətdə sanitar-epidemioloji iş rejimini təşkil edir və bu iş rejiminə riayət olunmasına nəzarət edir. Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması hallarının epidemioloji araşdırılmasın aparır, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən tibbi-profilaktik tədbirlərin, o cümlədən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya tədbirlərinin həyata keçirilməsini təmin edir, dezinfeksiya işlərini aparan briqadanın işinə, xidmət göstərilən obyektlərin sanitar vəziyyətinə nəzarət edir. Dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı dərman preparatlarının hazırlanmasına, həmin dərman preparatlarının effektiv və düzgün tətbiqinə nəzarət edir, bu sahədə səmərəliliyin və xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflər verir. Bilməlidir: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununu, müxtəlif yoluxucu xəstəliklər zamanı epidemiyaya qarşı tədbirlərin həyata keçirilməsi üzrə qanunvericiliyin əsaslarını, dezinfeksiyanın aparılması qaydalarını, müəssisədaxili intizam qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası norma və qaydalarını. Əmək haqqı yüksəkdir. Rəsmiləşmə əmək qanunvericiliyinə uyğun olaraq aparılacaqdır. Karyera və inkişaf perspektivləri yüksəkdir. Namizədə dair tələblər - Ali təhsili (əsasən epidemioloq, sanitar həkim, infeksionist) - 5 ildən az olmayaraq tibbi-profilaktika sahəsində iş təcrübəsi - Dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya sahəsində nəzəri və praktik biliklər - Təşkilatçılıq qabiliyyəti - İctimaiyyətlə əlaqə qurmaq qabiliyyəti - Gərgin, qeyri-stabil iş rejimində işləmək bacarığı - Azərbaycan (sərbəst şəkildə), rus (orta səviyyə), ingilis (arzuolunandır) bilməli - Stressə davamlılıq - Səlis nitq, aydın danışıq tərzi - Məsuliyyətli və ünsiyyətcil olmalı - Komandada işləmək bacarığı - Kompüter bilikləri: MS Office (Microsoft Word, Microsoft Excel,) MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst isifadə bacarıqları - Ofis texnikasından istifadə (printer, skaner, kseroks) CV-lərinizi[email protected]ünvanına “Həkim-epidemioloq” başlığı ilə göndərməyiniz xahiş olunur. Bundan başqa, CV-lərinizi(+99477) 499 99 98mobil nömrəsinə whatsapp vasitəsilə göndərə və ya həmin nömrə ilə əlaqə saxlayaraq məlumat verə bilərsiniz.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az