Cümə, 9 May, 2025

Tələbə və məzunlara layihələrin yazılması istiqamətində təlim keçirilib


  • Admin:
  • | Dərc edildi: 11 İyul, 2022 - 13:11
Tələbə və məzunlara layihələrin yazılması istiqamətində təlim keçirilib

Tələbə və məzunlara layihələrin yazılması istiqamətində təlim keçirilib   “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və “Sustainera Consulting Services” şirkətinin birgə təşkilatçılığı ilə bakalavriat (III və IV kurs) və magistratura səviyyəsində təhsil alan tələbələr, yeni məzun olmuş şəxslər və gənc peşəkarlar üçün “Uğurlu layihələrin yazılması və icrası” mövzusunda qısamüddətli təlim kursu təşkil edilib.   Təlimin açılış mərasimində çıxış edən Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev 4 günlük təlim kursunun təşkilinin məqsədlərini diqqətə çatdırıb. Səbuhi Rzayev bildirib ki, iştirakçıların peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi, onlara layihələrin hazırlanması və idarə olunması, donorlarla əlaqələrin qurulması, fandreyzinq imkanlarının artırılması və müvafiq istiqamətlərdə praktiki addımların atılmasına dair geniş məlumat təqdim etmək əsas məqsədlər sırasındadır.   Qeyd edilib ki, 5-8 iyul tarixlərini əhatə edən proqram çərçivəsində keçirilən “Layihə inkubatoru” simulyasiya məşğələsi zamanı iştirakçılar real layihə təklifi hazırlayaraq təlim kursunun sonunda qrant müsabiqələrinə müraciət prosesinin bütün mərhələləri üzrə təcrübə qazanacaqlar. Kursu uğurla bitirənlər layihə idarəetməsi üzrə qısamüddətli təcrübə proqramına cəlb olunacaq, daha sonra müvafiq iş imkanları əldə edəcəklər.   Proqram çərçivəsində Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, iqtisadi inkişaf eksperti Nicat Qarayev, təlimçi və araşdırma üzrə ekspert Ceyhun Hacıyev, "Sağlam Düşüncə Gənclər Təşkilatı" İctimai Birliyinin təsisçisi Ramiz Əliyev, SOCAR İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinin rəisi Tural Məmmədov, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov, “Sustainera Consulting Services” şirkətinin layihələrin idarə olunması üzrə ekspertləri Rüstəm Rəhimov və İsmayıl İsayev, təlimçi, mentor Toğrul Ələkbər, peşəkar müəllim Qoşqar Hüseynov tərəfindən “Reallıqları araşdırmaq və onların tətqiqat metodları-problemlərin səbəblərinin təhlili”, “Layihələrə metodoloji yanaşma”, “Tədqiqatın nəticələrinin təqdim edilməsi", "Uğurlu təhsil layihələri haqqında təqdimat”, “Avropa İttifaqının maliyyə imkanları haqqında” və “Layihələrdə insan resurslarının idarə edilməsi” və digər maraqlı mövzularında interaktiv formada təlimlər keçirilib, sual-cavab formatında sessiyalar təşkil edilib. Sonda iştirakçılar sertifikatla təltif olunublar.   Qeyd edək ki, ödənişsiz əsaslarla təşkil edilən “Uğurlu layihələrin yazılması və icrası” qısamüddətli təlim kursuna müraciət edən 450 nəfərdən 31 nəfəri iştirak haqqı qazanıb.

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 297
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 713
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 365
Xaricdə təhsil almaq...