“StudyLab” Təhsil və İnkişaf Mərkəzi həmfikirlər və istedadlar axtarır! Əgər “StudyLab” Təhsil və İnkişaf Mərkəzinin fəaliyyətini bəyənirsinizsə və öz iştirakınız ilə işimizin, komandamızın daha da güclənə biləcəyinə əminsinizsə, öz tərcümeyi-halınızı (CV) və tövsiyə məktubunuzu (Cover Letter) [email protected] ünvanına göndərin TƏLƏBƏLƏRLƏ İŞ ÜZRƏ ADMİNİSTRATOR Vəzifə öhdəlikləri: • Yeni tələbələrin dərslərə başlama prosesini idarə etmək (qrafikin seçilməsi, dərs planının tərtib edilməsi) • Cari tələbələrin tərəqqisini idarə etmək (gündəlik zənglər və tələbələr ilə görüşlər, CRM sistemi ilə işləmək) • Təlimlər üzrə post-satış üzrə planı yerinə yetirmək (əsas kursların uzadılması və cari tələbələr tərəfindən əlavə kursların alınması və s.) • Pul vəsaitlərinin qaytarılmasının qarşısının alınması üzrə etirazlar ilə işləmək • Şirkətin keçirdiyi tədbirlər, aksiyalar, xüsusi təkliflər və endirimlər haqqında müştərilərin məlumatlandırılması • Plan göstəricilərinin yerinə yetirilməsi • Yüksək səviyyəli müştəri xidmətlərinin göstərilməsi • Tələbələri ilə ünsiyyət qurmaq (yazışmaların aparılması, messencerlər və s.) • Komanda işi üçün məktəbin kollektivi ilə ünsiyyət qurmaq (müəllimlər, satış üzrə məsləhətçilər, metodistlər) • Auditoriyaların məşğələlərə hazırlanması, kabinetlərdə nizam-intizamın saxlanılması • Müəllimlər üçün çap materiallarının hazırlanması və çap materiallarının sistemləşdirilməsi • Hüquqi və maliyyə sənədlərinin rəsmiləşdirilməsi (müqavilələr, hesablar və s.) • Məhsulumuzu təşviq edən müxtəlif marketinq fəaliyyətləri və kampaniyalarda iştirak • Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edir, müəllimlər arasında saxlanılmasını, bölüşdürülməsini və sadalanan dəyərlərdən səmərəli istifadəsini təmin edir; • Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar cavablandırılması; • Potensial müşt�
�rilərin cəlb edilməsi üçün telefon zənglərinin edilməsi; • Müştərilərin təhsil məhsulları barədə istəklərinə uyğun olaraq düzgün seçim etməkdə köməklik göstərilməsi; • Təhsil məhsullunun və müştəri haqqında olan informasiyanın və məlumatların müvafiq baza sisteminə daxil edilməsi; • Həftəlik, aylıq, rüblük hesabatları təqdim etmək; • Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək; Namizədə tələblər: • Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan; • Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən; • Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran peşəkar; • MS Office (Word, Excel) proqramları üzrə biliklər • Ali təhsil müəssisəsinin məzunu olmaq; • Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən; • Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi. • Azərbaycan dilində səlist danışan/yazan (rus və ingilis dili bilikləri olanlara üstünlük verilir); • Ciddi, səbirli, xoş görünüşlü və komanda halında işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı; Yüksək təşkilatçılıq bacarığı; Şərtlər: • Ödəniş: əmək haqqı+ işin nəticələrinə görə bonuslar • Rahat yerdə yerləşən rahat ofis. Laptop ilə təchiz olunmuş iş yeri; • İş qrafiki fərdi qaydada müəyyən edilir (3 növbə- 9:00-18:00; 10:00-19:00; 13:00-22:00) (bəzi hallarda işə daha tez gəlmək və işdən gec getmək lazım ola bilər ). • İş qrafiki 6 gün, 1 gün istirahət • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi • Əmək haqqı fərdi olaraq müzakirə olunur. • İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku Müraciət qaydası:[email protected]elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “TƏLƏBƏLƏRLƏ İŞ ÜZRƏ ADMİNİSTRATOR” yazıb CV göndərməklə müraciət edilir. Son müraciət tarixi:7 oktyabr 2021
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb