reklam

Xaricdə təhsil üzrə məsləhətçi vakansiyası

“StudyLab” Təhsil və İnkişaf Mərkəzi həmfikirlər və istedadlar axtarır! Əgər “StudyLab” Təhsil və İnkişaf Mərkəzinin fəaliyyətini bəyənirsinizsə və öz iştirakınız ilə işimizin, komandamızın daha da güclənə biləcəyinə əminsinizsə, öz tərcümeyi-halınızı (CV) və tövsiyə məktubunuzu (Cover Letter) [email protected] ünvanına göndərin. XARİCDƏ TƏHSİL ÜZRƏ MƏSLƏHƏTÇİ Məndən nə tələb olunur? Şərqi Avropa, Qərbi Avropa, Amerika, Kanada, Böyük Britaniya və digər xarici ölkələrdə dil kursları, ali məktəbə hazırlıq proqramları, ilk ali təhsil və magistratura təhsili daxil olmaqla, müştərilər üçün xaricdə ən münasib və uyğun təhsil proqramları seçmək, ilkin məsləhətləşmələr vasitəsilə, müraciət edən şəxsləri (potensial müştəriləri) həqiqi müştərilərə çevirmək. Bizə kim lazımdır? - Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan; - Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən; - Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran, satış üzrə peşəkar; - Şərqi Avropa, Qərbi Avropa, Amerika, Kanada, Böyük Britaniya daxil olmaqla, xarici ölkələrin təhsil sistemlərini yüksək səviyyədə bilən mütəxəssis; - İngilis dilini Advanced səviyyədə bilmək (2-ci xarici dil bilənlərə üstünlük verilir); - MS Office (Word, Excel) proqramları üzrə biliklər - Tanınmış ali təhsil müəssisəsinin məzunu olmaq; - Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən; - Xaricdə təhsil sahəsində çalışan namizədlərə üstünlük verilir. Tapşırıqlar: - Xaricdə təhsillə bağlı potensial müştərilərə konsultasiya xidmətləri göstərmək və bu konsultasiyaları effektiv şəkildə satışa çevirmək; - Müştərilərə keyfiyyətli cümlələr ilə hazırlanmış, maksimal olaraq inandırıcı yazılı təkliflər hazırlamaq; - Xarici ali təhsil müəssisələri və dil məktəbləri ilə ingilis dilində yazışmalar və danışıqlar aparmaq; - Xaricdə təhsil proqramı və təqaüdlər üzrə konsultasiyalar, yola düşməzdən əvvəl istiqamətləndirmə və proqramların qiymətləndirilməsi üzrə kurasiya işlərini aparmaq; - Tərəfdaş qurumlar və xaricdə təhsil üzrə təchizatçılar əlaqələri idarə etmək və müqavilələrlə bağlı danışıqlar aparmaq; - Xaricdə təhsil proqramı üzrə gündəlik fəaliyyətləri idarə etmək; - Digər əlaqəli vəzifələri yerinə yetirmək; - Həftəlik, aylıq, rüblük hesabatları təqdim etmək; - Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək; Biz nə təklif edirik? - Bakıdakı ofisdə iş - Komandanın vacib iştirakçısı olmaq və inkişafınızı bizimlə birgə davam etdirmək imkanı - Təlimlər: o cümlədən, ali təhsil müəssisələri və xaricdə təhsil proqramlarının seçim proqramı, “qaynar” satışlar, xaricdə ali təhsil sahəsində trendlər, təhsil xidmətləri üzrə marketinq. Şərtlər: - İş qrafiki: Bazar ertəsi – Cümə 10:00 -19:00 / Şənbə 10:00 - 17:00 - Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi - Əmək haqqı və bonus qaydalari fərdi olaraq müzakirə olunur. - İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku Müraciət qaydası:[email protected]elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını –XARİCDƏ TƏHSİL ÜZRƏ MƏSLƏHƏTÇİyazıb CV göndərməklə müraciət edilir. Son müraciət tarixi:7 oktyabr 2021

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az