Bazar, 1 İyun, 2025

"Ümumdünya avtomobilsiz günü"nə həsr olunmuş veloyürüş


  • Dərc edildi: 17 Sentyabr, 2021 - 01:24
"Ümumdünya avtomobilsiz günü"nə həsr olunmuş veloyürüş

Əziz velosiped həvəskarları! "Sağlam Düşüncə" Gənclər Təşkilatı sizləri 22 sentyabr 2021-ci il tarixində Sumqayıt şəhərində təşkil ediləcək “Velo-şəhər” ekoloji sağlam nəqliyyat vasitəsinin təbliği kampaniyasının açılış tədbiri olan "Ümumdünya avtomobilsiz günü"nə həsr olunmuş veloyürüşə dəvət edir. “Velo-şəhər” ekoloji sağlam nəqliyyat vasitəsinin təbliği kampaniyası Azərbaycan Gənclər Fondunun təşkilati dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi qəbul edilmiş dövlət proqramına əsasən şəhərin ekologiyasının mühafizəsi, eləcə də insanların sağlam həyat sürməsinin təbliği və yollarda təhlükəsizliyi təmin etmək məqsədilə əhali arasında uzunmüddətli maarifləndirmə aparmaqdır. Tədbirin proqramı: - Toplanış (Sumqayıt, Heydər Əliyev Mərkəzinin qarşısı) - Layihə və velo-yürüş haqqında məlumat və təhlükəsizlik qaydalarının izahı - Yürüş iştirakçılarının layihənin loqosu əks olunmuş köyn�

�klərlə təmin edilməsi - Yürüşə hazırlıq, sıralanma - Velo-yürüş (10 KM şəhəriçi marşrut) - Çay süfrəsi (Sumqayıt Nəsimi Parkı) ***Yürüşdə iştirak ödənişsizdir və iştirak üçün qeydiyyat vacibdir: https://forms.gle/VnLncDsDJUfzKxdVA Sumqayıt velo-yürüşünün marşrutu və toplaşma nöqtəsi: Sumqayıt Heydər Əliyev mərkəzinin qarşısı Son qeydiyyat tairixi : 19.09.2021 Qeydlər: *** İştirak üçün minimum yaş həddi 16-dır. *** Yürüşdə iştirak etmək üçün dəbilqənin olması arzuolunandır. Bununla bağlı yardıma ehtiyacınız varsa, aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlayın. Telefon: +994558237290 Email: [email protected]

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 126
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 179
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 97
XVIII Beynəlxalq Ast...