Şənbə, 26 İyul, 2025

WaterTech Bootcamp proqramı


  • Dərc edildi: 26 İyul, 2025 - 01:36
WaterTech Bootcamp proqramı

WaterTech Bootcamp proqramı

 

Su texnologiyalarının gələcəyi məhz buradan başlayır!

 

WaterTech Bootcamp – su ehtiyatlarının idarə olunmasında süni intellekt və innovativ texnologiyalar üzrə ölkənin ən qabaqcıl bootcamp proqramı tələbələr üçün unikal bir şans təqdim edir. Bu proqramda sən yalnız öyrənməyəcək, eyni zamanda real problemləri həll edəcək, mentorların dəstəyi ilə ideyalarını prototipə çevirəcək və final mərhələsində layihəni münsiflər qarşısında təqdim edəcəksən.

 

 1-ci gün: Su ehtiyatlarının idarə olunması sahəsində ekspert təlimləri və sahəyə əsaslanan interaktiv sessiyalar

 2-ci gün: Süni intellekt və rəqəmsal texnologiyaların su idarəçiliyində tətbiqinə dair praktik biliklər

 3-cü gün: Hackathon başlayır – komandalar formalaşır, real problemlər üzərində işləyir, innovativ ideyalar yaranır.

 4-cü gün: Prototiplərin tamamlanması, final təqdimatları

 

Sonda ən yaxşı ideyalar Bakı Su Həftəsində mükafatlandırılacaq!

 

İçməli su təchizatı, meliorasiya, tullantı suları və suvarma sistemləri üzrə hədəflənmiş hackathon səni gözləyir. Təlimlər, texnologiya, komanda işi və əyləncəli fəaliyyətlərlə zəngin olan bu 4 gün gələcəyin texnoloji liderləri üçün əvəzolunmaz təcrübə vəd edir.

 

 Yerlər məhduddur, qeydiyyatdan keçmək üçün tələs! Hazırsansa, bizi izləməyə davam et və bu unikal fürsəti qaçırma!

WaterTech Bootcamp proqramı "Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxsi və SUP VC-nin təşkilatçılığı, EU4ClimateResilience (Avropa İttifaqının Şərq Tərəfdaşlığında Karbonsuzlaşma və İqlim Dayanıqlılığı) layihəsinin dəstəyi ilə həyata keçirilir.

 

EU4ClimateResilience layihəsi Avropa İttifaqı (Aİ) və Almaniyanın Ətraf Mühit, İqlim Fəaliyyəti, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyi (BMUKN) tərəfindən birgə maliyyələşdirilir və GİZ VƏ OECD tərəfindən həyata keçirilir.

 Qeydiyyat üçün son tarix:  24 Avqust

Qeydiyyat linki: https://forms.gle/BeviNu448r1E3xh88

Tarix: 4–7 sentyabr, 2025-ci il

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 189
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 779
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 549
Azərbaycan Texnologi...