Bank of Baku ASC olaraq, Xəzinədarlıq departamentinin Müxbir əlaqələr şöbəsi üçün kiçik ekspert/ekspert/aparıcı ekspert axtarışındayıq.
Tələblər aşağıdakı kimidir:
-İş təcrübəsi (il): mütləq tələb deyil (olması üstünlükdür)
-Təhsil: ali texniki, iqtisadi, maliyyə, hüquq və uyğun digər ixtisas
-Dil biliyi (dil/dərəcə): Azərbaycan, Rus və Ingilis dilləri - əla
-Kompüter biliyi: MS Office
- Hesabatlılıq və təqdimat bacarığı
- Punktuallıq
Əsas vəzifə öhdəlikləri:
-Müxbir hesabların, eləcə də maliyyə qurumlarının ssuda və depozit hesablarının açılması, aparılması, bağlanması və bununla əlaqədar sənəd və məlumat mübadiləsi
-Nostro hesablar üzrə qalıqların təsdiqi üçün müvafiq banklarla yazışmaların aparılması,
-Loro hesablar üzrə daxil olmuş sorğuya əsasən qalıqların təsdiqi və tələb olunan yerə göndərilməsi
-Gün ərzində Nostro hesablar üzrə aparılmış əməliyyatların yoxlanılması və banklardan daxil olmuş çıxarışlarla müqayisə olunması
-Müxbir hesablar üzrə müvafiq gəlir və xərclərin ödənilməsi (və yaxud tutulması), bu əməliyyatlar üzrə qeyri-dəqiqliyə yol verildikdə səhvlərin araşdırılması və aradan qaldırılması
-Gün ərzində Loro hesablar üzrə əməliyyatların yoxlanılması və aparılmış əməliyyatlar üzrə SWIFT vasitəsilə çıxarışların göndərilməsi
-Qeyri-rezident banklardan nağd vəsaitin gətirilməsi prosesinin təşkili və həyata keçirilməsi.
İş şərtləri
-İş yeri: Baş Ofis
-İş vaxtı (gün/saat): B.e.-Cümə, saat 9.00 saat 18.00-dək
Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini[email protected]ünvanına göndərə və ya bankın filiallarına təqdim edə bilərlər. Məktubun subject qrafasında Xəzinədarlıq sözünü qeyd etməyi unutmayın!
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur