Çərşənbə, 20 Avqust, 2025

Yeni məzunlar və iş həyatına başlamağı qərarlaşdıranlar üçün təcrübə proqramı


  • Dərc edildi: 13 İyul, 2021 - 06:26
Yeni məzunlar və iş həyatına başlamağı qərarlaşdıranlar üçün təcrübə proqramı

Universal PRO LLCşirkəti yeni məzunlar və iş həyatına başlamağı qərarlaşdıranlar üçün təcrübə proqramı elan edir! Gənc kadrların real iş mühitindəki təcrübələrinin az olduğunu və özlərinə uyğun iş tapmaqda çətinlik çəkdiklərini nəzərə alaraq 2 aylıq təcrübə proqramına start veririk. Təcrübə Proqramımız, karyerasını satış departamentində qurmaq istəyən gənclərimizə Korporativ Satış Mütəxəssisi və Satış Koordinatoru pozisyalarında təcrübə keçmək şansı yaradır. Təcrübə proqramında hər pozisya üzrə 3 seçilmiş iştirakçı 2 ay müddətində şirkətimizin satış supervayzerləri və satış mütəxəssisləri ilə birlikdə çalışacaq, verilən tapşırıqları yerinə yetirəcək. İşin aparılması ilə bağlı müxtəlif təlim və təcrübə proqramları tətbiq ediləcək. Tələblər: ·Ali təhsil ·Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları ·Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dilini bilmək arzu olunandır ·Problemlərin təhlili və həlli, qərar vermə bacarığı; ·Ünsiyyətcil, işə məsuliyyətli yanaşma, müştərilərlə xoş rəftar; ·Təqdimat edə bilmə və inandırmaq bacarığı olan; Sərbəst, özünə güvənən; ·Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq; ·MS Office proqramlarıilə qabaqcıl istifadə bacarıqları; ·Yaş həddi 21-25; ·Komandada işləmək bacarığına malik olmalıdır. Qeyd: Uğurlu olan əməkdaşlar təcrübə proqramının sonunda daimi iş ilə təmin olunacaq. Əgər bu təcrübə proqramı tam mənlikdir deyirsinizsə, CV-nizi mövzu yerində “Təcrübə proqramı” yazmaqla[email protected]elektron poçtuna göndərə bilərsiniz.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7013
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1781
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 702
“İnnovativ məktəb” l...