Tələbə qızların mentorluq proqramı

Qızlar oxusun layihəsi çərçivəsində həyata keçiriləcək "Tələbə qızların mentorluq proqramı" üçün müraciətlərin qəbulunu açıq elan edirik!

6 ay ərzində davam edəcək proqram aşağıdakı mərhələlərdən ibarət olacaqdır:

 Şəxsi-inkişaf proqramı;

 Karyera məktəbi;

 İxtisas üzrə mentorluq;

 Uğurlu namizədlərin təcrübə proqramlarına yönləndirilməsi.

Proqramda kimlər iştirak edə bilər?

 Azərbaycanın istənilən bölgəsindəki orta ixtisas təhsili müəssisələrinin sonuncu, ali təhsil müəssisələrinin isə 3 və 4-cü kurs tələbələri;

 Bir və ya hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olan və ya təhsil almasına məhdudiyyət qoyulmuş şəxslər.

Qeydiyyat linki: https://forms.gle/8p46QV3i6yNzWPhN6

Müraciət üçün son tarix: 13 noyabr 2022-ci il (saat 23:59)

Qeyd edək ki, yalnız uğurlu namizədlər növbəti seçim mərhələsi barəsində məlumat əldə edəcəklər.

Yarıda qalmasın, qızlar oxusun!


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az