Rabitəbank ASC Qusar, Ağsu və  Lənkəran filiallarına xəzinədar vəzifəsi üzrə işə qəbul elan edir

Rabitəbank ASC Qusar, Ağsu və  Lənkəran filiallarına xəzinədar vəzifəsi üzrə  işə qəbul elan edir.

Ölkənin iri, dayanıqlı və etibarlı banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Nağd pul və qiymətlilərlə aparılan əməliyyatların Mərkəzi Bankın normativ göstəricilərinə və bankın daxili qaydalarına uyğun aparılmasını təmin edir;
  • Xəzinədə olan tələbatdan və limitdən artıq nağd pul və qiymətliləri bankın ehtiyyat fonduna təhvil verir;
  • Müştərilərə xəzinə xidməti göstərir;
  • Kassa dövriyyəsi və kassa simvolları haqqında hesabat hazırlayıb aidiyyatı struktura təqdim edir;
  • Filialdaxili xəzinədə həyata keçirilən mədaxil-məxaric əməliyyatlarını bankdaxili bank sisteminə daxil edir;
  • Filialın nəzdində olan mübadilə məntəqələrini nağd pul ilə təmin edir;
  • Filialın pul anbarının açılması, bağlanması, oraya nağd pulun və digər qiymətlilərin qoyulub götürülməsini qaydalara uyğun həyata keçirir;
  • Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barədə müəyyən olunmuş formalarda hesabatları təqdim edir;
  • Mərkəzi Bankın qaydalarına uyğun olaraq dövriyyəyə yararsız nağd pulun və digər qiymətlilərin dövriyyədən çıxarılmasını, dəyişdirilməsinı icra edir;
  • Xəzinədə olan nağd pul vasitəsini bandrollaşdırır;

Vəzifəyə olan tələblər:

  • Bu sahə üzrə 1 il iş təcrübəsi (Bank və ya kredit təşkilatlarında iş təcrübəsinə üstünlük verilir);
  • Vətəndaş qüsürsuzluğuna malik olma;
  • Kollektivdə işləmə bacarığı;
  • Diqqət və nəzarət etmə xüsusiyyətlərinə malik olma;
  • Nəzakətli, gülərüz olmaq;
  • Təşəbbüskarlıq, məsuliyyətlilik, diqqətlilik və etibarlılıq kimi müsbət keyfiyyətlərə malik olmaq.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “filialın adı qeyd olunaraq xəzinədar ” göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

  • E-mail: [email protected] 
  • Telefon: (012) 598 44 88, 
  • Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az