Çərşənbə axşamı, 22 İyul, 2025

“Rəqəmsal inkişafın əlaqələndirilməsi üzrə layihə meneceri” vakansiyası


  • Dərc edildi: 2 Fevral, 2023 - 12:31
“Rəqəmsal inkişafın əlaqələndirilməsi üzrə layihə meneceri” vakansiyası

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Rəqəmsal inkişafın əlaqələndirilməsi üzrə layihə meneceri” vakansiyasını elan edir!

Vəzifə öhdəlikləri:
•      Dövlət qurumları ilə görüşlər təşkil etmək və layihələr ilə bağlı təqdimatlar keçirmək;
•      Güclü rəqəmsal ekosistemin qurulmasına dəstək üçün tərəfdaşlar və həmkarlar arasında əməkdaşlığı, bilik mübadiləsini və rəqəmsal təcrübələri paylaşmaq;
•      Proseslərin və xidmətlərin rəqəmsallaşdırılması məqsədilə tərəfdaşlarla işləyərək rəqəmsal strategiyanın qurulması prosesinə dəstək vermək;
•      Mürəkkəb layihələr üzrə strateji idarəetməni təmin etmək;
•      Layihədə marağı olan tərəflərlə işləmək və səmərəli kommunikasiyanı təmin etmək;
•      Layihələrin həcmini və məqsədlərini, eləcə də məqsədlərə çatmaq üçün resurs ehtiyacını müəyyən etmək;
•      Layihənin büdcə və əsas keyfiyyət göstəricilərini müəyyən etmək;
•      Vaxt qrafikini izləməklə layihələrə davamlı olaraq nəzarət etmək, mərhələlərin gedişatını və keyfiyyətini qiymətləndirmək, zəruri hallarda risklərin azaldılması üzrə təkliflər vermək;
•      Qarşılıqlı asılılıqları idarə etmək və vaxt cədvəllərinə uyğunlaşdırmaq üçün digər layihə qrupları ilə
əlaqəni/koordinasiyanı həyata keçirmək;
•      Layihənin risklərini müəyyənləşdirmək və qabaqlayıcı tədbirlər planı hazırlamaq;
•      Layihəni izləmək və layihəyə nəzarəti həyata keçirmək;
•      Layihənin mərhələlərinin icrasını dəstəkləmək üçün müvafiq sənədləri hazırlamaq;
•      Layihələrlə bağlı hesabatlar, arayışlar və məlumatları hazırlamaq.
 
Tələb olunan bilik və bacarıqlar:
•      Güclü kommunikasiya bacarığı arzuolunandır;
•      Ali təhsil (Layihə idarəetməsi, İnformasiya və kommunikasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
•      Layihə idarəetməsi üzrə beynəlxalq sertifikatlar arzuolunandır;
•      Dövlət qurumları ilə iş təcrübəsinin olması arzuolunandır;
•      Rəqəmsal/İT layihələrin idarə edilməsi sahəsi üzrə ən az 1 (bir) il iş təcrübəsi;
•      Dil bilikləri: Azərbaycan dili – əla, ingilis və ya rus dili – yaxşı
•      Microsoft Office proqramlarını (Excel, Word, MS Visio, PowerPoint, MS Project) yaxşı səviyyədə bilmək;
•      Layihə idarəetməsi proqramlarında işləmək qabiliyyəti.

Maraqlanan şəxslər mövzu hissəsində "Rəqəmsal inkişafın əlaqələndirilməsi üzrə layihə meneceri" qeyd etməklə CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 140
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 76
BSU regionlardan qəb...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4240
Sumqayıt Dövlət Univ...