Gənc və dinamik komandanın üzvü olmaq, kreativ və inkişafa təkan verən iş mühitində çalışmaq istəyənlərin nəzərinə!
PAŞA Travel “Reservations Specialist” vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
• Müştərilərə müxtəlif səyahət opsiyaları arasından seçim etməkdə köməklik etmək və məsləhət vermək;
• Otelin imkanları və xidmətləri, o cümlədən nömrələrin qiymətləri, otaqların mövcudluğu və rezervasiya qaydaları ilə bağlı suallara cavab vermək;
• Müştərilərin istədikləri səyahət tarixləri çərçivəsində nömrələrin / mənzillərin və ya nəqliyyat vasitələrinin mövcudluğunun yoxlanılması;
• Müxtəlif tələblər və büdcə imkanları əsasında rezervasiyaların edilməsi;
• Təsdiqlənmiş rezervasiyalar üzrə ödənişlərin həyata keçirilməsi üçün zəruri olan sənədlərin hazırlanması;
• Rezervasiya zamanı və ya sonradan yarana biləcək hər hansı problemlərin həll edilməsi;
• Müvafiq hallarda müştərilərə tur biletləri, səyahət sığortası və ya xidmət sinfinin artırılması kimi əlavə xidmətlər və ya xüsusi paketlər barədə məlumat verməklə satışların artırılması;
• Rezervasiyanı dəyişdirməli və ya ləğv etməli olan müştərilərə kömək göstərmək;
• Rəhbərliyin verdiyi digər tapşırıqların vaxtında və düzgün icra edilməsi.
Əsas tələblər:
• Oxşar vəzifədə minimum 3 il təcrübə mütləqdir;
• Azərbaycan, ingilis və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
• Müştərilərlə işləmək qabiliyyəti;
• Vaxtı idarəetmə bacarığı, tapşırıqların düzgün prioritetləşdirilməsi;
• Kompüter bilikləri;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Daxili və xarici səyahət istiqamətləri haqqında dərin biliklər.
Namizədlər CV-lərini 20 fevral 2023-cü il tarixinədək burada mənə birbaşa və ya "Reservations Specialist" başlığı ilə "[email protected]" elektron poçt ünvanına göndərə bilərlər.
* Xahiş olunur, nəzərə alasınız ki, yalnız müvafiq təcrübəyə malik olan namizədlərin CV-lərinə baxılacaq.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur