Bazar ertəsi, 18 Avqust, 2025

Bakı Ali Neft Məktəbinin (BANM) Tədris-metodiki şöbəsinə əməkdaş axtarılır


  • Dərc edildi: 1 Aprel, 2024 - 00:11
Bakı Ali Neft Məktəbinin (BANM) Tədris-metodiki şöbəsinə əməkdaş axtarılır

Bakı Ali Neft Məktəbinin (BANM) Tədris-metodiki şöbəsinə əməkdaş axtarılır.

Vəzifə: Böyük metodist
İş yeri: Bakı Ali Neft Məktəbinin kampusu
İş günü: həftədə 5 gün (bazar ertəsi-cümə) 
İş saatları - 09:00 - 18:00
İstirahət günləri: şənbə və bazar

Tələblər:
- Ali təhsilli;
- ATM-lərdə tədris sahəsində minimum 3 il iş təcrübəsi;
- İngilis və/və ya rus dili bilikləri (minimum B1);
- Təhsil qanunvericiliyindən xəbərdar olmalı;
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Office proqramlarında işləmək bacarığı;

Vəzifə öhdəlikləri:
· Təsdiq edilmiş nomenklaturaya uyğun kargüzarlıq, tələbələrin şəxsi işlərinin və sənədlərinin saxlanılması və vaxtında arxivə təhvil verilməsi;
· Şöbəyə daxil olan və şöbədən gedən sənədlərin qeydiyyat jurnalın aparılması, bu sənədlərin vaxtında çatdırılmasına nəzarət;
· Arayışların, çıxarışların, plan sənədlərinin hazırlanması və tərtib edilməsi;
· Yerinə yetirilmiş sənədlərin saxlanması, işlərin klassifikasiyasının aparılması;
· Tədrisin məsələləri üzrə əmr və sərəncamların dekanlıq və kafedra müdirlərinin nəzərinə çatdırılması, onların vaxtında icra edilməsinə nəzarət;
· Dövlət təhsil standartlarına uyğun olaraq tədris planlarının və digər sənədlərin tərtib edilməsi
· Kafedralar üzrə dərs yüklərinin miqdarının hesablanması və bu bölgüyə nəzarət
· Tədris və istehsalat təcrübəsi ilə bağlı əmrlərin verilməsi üçün layihələrin hazırlanması
· Tələbə-müəllim heyətinin tədrislə bağlı əmrlərin layihələrinin hazırlanması
· Semestrlər üzrə imtahan cədvəllərinin tərtib edilməsi
· Tədris-metodiki işlərin təşkili ilə bağlı digər struktur bölmələr ilə qarşılıqlı əlaqələrin təşkil edilməsi

Tələblərə uyğun namizədlər CV-lərini “böyük metodist” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 15 aprel 2024-cü il

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6785
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1653
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 649
“İnnovativ məktəb” l...