Müəssisəmizdə satış və marketinq üzrə mütəxəssis vakansiyası mövcuddur.
1.Yerinə yetirəcəyi işlər
1. Şirkət strategiyalarına uyğun olaraq bazarın araşdırılması,müəyyən edilmiş satış hədəflərinin reallaşdırılması istiqamətində aktiv müştəri ziyarətlərinin təşkili, mövcud və potensial müştərilər qarşısında məhsul və xidmətlərin tanıtımını həyata keçirmək;
2. Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması, yeni müştərilərin tapılması və yaradılmış portfelin effektiv idarə olunması;
3. Potensial partnyorlar və müştərilərin tapılması və ilkin əlaqələrin yaradılması;
4. B2B satış ilə bağlı bazar araşdırmalarının aparılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
5. Bazardakı satış qiymətlərinin monitorinqi və rəqiblərin analiz edilməsi;
6. Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
7. Korporativ müştərilərlə satış üçün danışıqların aparılması və müştəri tələblərinə əsasən təkliflərin hazırlanması;
8. Satışla bağlı sənədləşmə işlərinin (müqavilə, uçot, təhvil təslim və digər) aparılması;
9. Satışın inkişaf etdirilməsi üzrə təkliflər planının hazırlanıb rəhbərliyə təqdim olunması;
10. Məhsul, xidmət və marka ilə əlaqədar Şirkətin illik kommunikasiya, reklam, media, PR hədəf və strategiyalarının müəyyənləşdirilməsi üçün rəhbərliyə təkliflər vermək.
11. Məhsul, xidmət və marka strategiyasına uyğun olaraq layihə planları hazırlamaq, prioritetləri müəyyənləşdirmək;
12. Layihə və kampaniyaların büdcə hədəfləri daxilində planlaşdırılmasını təmin etmək;
Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;
17. Satış hədəflərinə çatmaq üçün lazımi marketinq fəaliyyətlərini və məhsul strategiyasına uyğun illik promosyon fəaliyyərlərini planlaşdırıb rəhbərliyə təqdim etmək.
2.Tələblər
Biliklər
1.Əvvəlki satış təcrübəsi və ya satış yönümlü düşüncə tərzi, bilik və bacarıqlar;
2.Ünsiyyət qabiliyyəti (şifahi və yazılı); email vasitəsilə ünsiyyət bacarığı;
3.Müştəri ehtiyaclarını müəyyən etmək və onları qarşılamaq bacarığı;
4.Təqdimat bacarıqları, şirkətin məhsul və xidmətlərini ən effektiv yollarla təqdim edə bilmək;
İqtisadiyyat üzrə bakalavr dərəcəsi
Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi
Azərbaycan dili (əla), inigilis və rus dillərini yaxşı səviyyədə
Microsoft Office (yaxşı)
3.İş şəraiti
İş rejimi: 5 günlük, 09:00-18:00
Əmək haqqı : müsahibə nəticəsində müəyyən olunacaq.
İşçi nahar, telefon danışığı təmin edilir.
CV üçün e-mail : [email protected] (“satış və marketinq üzrə mütəxəssis” başlığı ilə göndərməyiniz xahiş olunur)
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur