“2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbuluna start verilir
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq seçim meyarları və prosedurlar nəzərə alınmaqla, 2022-2023-cü tədris ili üçün “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil alacaq gənclərin seçimi üçün sənəd qəbulu açıq elan edilir.❗️ Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə nüfuzlu universitetlərdə təhsil almaq istəyən və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları üçün açıq elan olunmuş sənəd qəbuluna son müraciət tarixi 15 iyul 2022-ci il/23:59-dək uzadılmışdır. Sənəd qəbuluna dair müvafiqelanmətni ilə keçiddən tanış ola bilərsiniz. Proqrama müraciət üçün əsas şərtlərdən biri müəyyən olunmuş universitetlərin birindən müvafiq prioritet sahə üzrə qəbul sənədinin əldə edilməsidir. Namizədlərin seçimi iki mərhələdə aparılacaq. İlk mərhələdə namizəd tələb olunan sənədlərin skan edilmiş surətini elektron ərizə sistemində “Şəxsi kabinet” yaradaraq əlavə edib və elektron ərizəni təsdiq etməlidir. Müvafiq seçim qaydalarının tələblərinə uyğun olan namizədlərin müraciətləri dəyərləndiriləcək və müsbət qiymətləndirilən namizədlər aidiyyəti üzrə növbəti mərhələyə buraxılacaq. Müsahibə mərhələsi Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçiriləcək. Müsahibənin nəticəsinə uyğun olaraq, namizədlər haqqında yekun qərar veriləcək. Qeyd edək ki, Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur