Bazar ertəsi, 18 Avqust, 2025

Əcnəbilərin yeri ali təhsil müəssisələrinə qəbulu üçün e-müraciət xidməti istifadəyə verilib


  • Dərc edildi: 6 İyun, 2022 - 10:41
Əcnəbilərin yeri ali təhsil müəssisələrinə qəbulu üçün e-müraciət xidməti istifadəyə verilib

Əcnəbilərin yeri ali təhsil müəssisələrinə qəbulu üçün e-müraciət xidməti istifadəyə verilib

Əcnəbilərin Azərbaycanda təhsili üçün imkanların genişləndirilməsi, eyni zamanda təşviqi istiqamətində aparılan işlərin davamı olaraqportal.edu.azsistemi üzərindən mərkəzləşmiş e-müraciət xidməti (“SIA/CAS: Study in Azerbaijan Centralised E-Application Service) istifadəyə verilib.     Sözügedən platforma vasitəsilə əcnəbilər sistemdə yer alan təhsil müəssisələrinin qəbul üçün təklif etdikləri təhsil proqramlarını seçərək, tələb olunan digər sənədlərlə birgə elektron qaydada ən çoxu 3 ali təhsil müəssisəsinə müraciət edə biləcəklər. Müvafiq ali təhsil müəssisəsi müraciəti dəyərləndirdikdən sonra elektron qaydada qəbulu həyata keçirə, təhsil haqqını qəbul edə və növbəti kommunikasiyanı elektron kabinet üzərindən davam etdirə biləcək. Hazırda sistemə bütün yerli ali təhsil müəssisələri və əcnəbilər üçün təklif edilən proqramlara dair məlumatlar daxil edilib.     Qeyd edək ki, müvafiq layihə Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.4-cü yarımbəndin tələbi üzrəvə“Study in Azerbaijan” layihəsinin tərkib hissəsi kimi hazırlanıb.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6750
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1629
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 641
“İnnovativ məktəb” l...