“Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı” layihəsi

Öz işinizi qurmağa maraqlısınız və ya startap həvəskarısınız? Ətrafınızı dəyişdirə və iqtisadi inkişafa təkan verə biləcək innovativ ideyalarınız var? O zaman Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı” layihəsi gözlədiyiniz fürsət ola bilər!
 “Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı” layihəsi Quba Xaçmaz və Dağlıq Şirvan iqtisadi rayonlarında təşkil edilir.
Layihə Azərbaycan Respublikası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (Innovation and Digital Development Agency) dəstəyi, Təhsildə İnnovativ Texnologiyalar - Əlavə Təhsil Mərkəzinin tərəfdaşlığı və Yenii Fikirin (Yeni Fikir Startap Müsabiqəsi New Idea Startup Competition) təcrübəsi və əməkdaşlığı ilə həyata keçirilir.

 Layihə çərçivəsində keçiriləcək təlim, mentorluq, bootcamp, sərgi, "demoday" və digər fəaliyyətlərdən faydalanaraq startapını (biznesini) qurmaq və ya bu sahədə özünü sınamaq istəyənlər (təhsilverənlər, təhsilalanlar, sahibkarlar və digər maraqlı şəxslər) qeydiyyatdan keçərək, müraciət edə bilərlər.

Müraciət etmək üçün son tarix: 01 May 2023-cü il.


Müraciət edənlər arasından seçiləcək 80 nəfər iştirakçının siyahısı 05 May 2023-cü ildə elan ediləcəkdir.
 Qeyd olunan 80 nəfər iştirakçının 40 nəfəri Quba-Xaçmaz iqtisadi rayonundan, 40 nəfəri isə Dağlıq Şirvan iqtisadi rayonundan olması nəzərdə tutulub. Təlim və mentorluq xidmətləri boot camp proqramı ilə davam etdiriləcək, ərsəyə gətiriləcək startapların sərgi və demo day proqramında təqdim edilməsi planlaşdırılb.
 Təlim, mentorluq və digər xidmətlər (üzbəüz şəraitdə olmaqla) müvafiq olaraq, Quba, Xaçmaz, Şamaxı və İsmayıllı rayonlarında təşkil edilməsi nəzərdə tutulub.
Layihənin icrası müddətində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı da və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzidə Biznes İnkubasiya Mərkəzlərinin qurulması nəzərdə tutulub.
 Qeydiyyatdan keçmək üçün aşağıdakı ərizə formasını doldurun:
https://lnkd.in/enWeYa3D



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az