Baş mühasibin müavini vakansiyası

Baş mühasibin müavini

 

 

 Vəzifə öhdəlikləri: 

 

  • Şirkətin Baş ofisinin/filiallarının mühasibat uçotunun təşkilini və ona nəzarəti həyata keçirir; 
  • Kredit portfeli uçotunun məlumatları ilə maliyyə hesabatının məlumatlarını müqayisə edir və onları yoxlayır; 
  • Mühasibat uçotunun müvafiq sahəsində sənədlərin qəbulu uzrə ilkin yoxlamanı həyata keçirir və hesablaşma prosesinə hazırlıq görür; 
  • Təsərrüfat əməliyyatlarının mühasibat hesabatlarında, gəlir və xərclərin formalaşmasında dəqiq və vaxtlı-vaxtında öz əksini tapmasını təmin edir; 
  • Şirkətin Baş ofisində/filiallarında mühasibat prosedurlarına riayət edilməsinə nəzarət edir; 
  • Vergilər Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) hesabatların təqdim edilməsini təmin edir; 
  • Statistika hesabatlarının, ƏƏSMN və Vergilər Nazirliyinə hesabatların düzgün və vaxtlı-vaxtında verilməsini həyata keçirir; 
  • Maliyyə və vergi hesabatları üçün əsas vəsaitlərin amortizasiyasının düzgün hesablanmasına nəzarəti həyata keçirir; 
  • Mərkəzi Bankdan və digər dövlət orqanlarından göndərilən sorğu və hesabatların hazırlanması. 

 

Tələblər:

 

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil; 
  • Peşəkar mühasibat setrtifikatının (PMS) olması mütləqdir; 
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi, Bank və BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür; 
  • 1C/8.3 proqramını yüksək səviyyədə bilmək; 
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli; 
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək; 
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti; 

 

 

İş barədə məlumat:

 

  • Əmək haqqı: 2000 AZN 
  • İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.
  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
  • 5 günlük iş qrafiki: 09.00-18.00 

 

 

CV-lərinizi “Baş mühasibin müavini” başlığı altında [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

      Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az