Cümə, 11 İyul, 2025

“ Məktəbimizin xarizmatik natiqləri ” layihəsinin açılış mərasimi keçirilib


  • Dərc edildi: 26 Oktyabr, 2023 - 17:33
“ Məktəbimizin xarizmatik natiqləri ” layihəsinin açılış mərasimi keçirilib

24 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “ Məktəbimizin xarizmatik natiqləri ” layihəsinin açılış mərasimi keçirilib.
“ Məktəbimizin Xarizmatik Natiqləri ” layihəsinin açılış mərasimi Bakı şəhəri Xətai rayon 191 nömrəli tam orta məktəbdə keçirilib. 
Açılışda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Vüsalə Əliyeva, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası-nın sədri Rüfət Əsədzadə, KarneGi Klubun rəhbəri - Nəcəf Allahverdiyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Tarix üzrə fəlsəfə doktoru, "Rəsul Rza" mükafatı laureatı İradə Əlili, müəllimlər və şagirdlər iştirak edib. 
Layihənin əsas məqsədi “Xarizmatiq Natiq” təlimlərinin keçirilməsi ilə 9-11-ci siniflərdə təhsil alan şagirdlərimizin natiqlik qabiliyyətinin artırılmasıdır.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.
Layihə sentyabrın 15-dən yanvarın 15-dək davam edəcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 949
Yeni məzunlar üçün I...
Tələbələrin köçürülməsi prosesinə start verilir
10 İyul, 2025 - 12:54 121
Tələbələrin köçürülm...
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!
08 İyul, 2025 - 12:23 113
Məktəbəhazırlıq qrup...