Təlim -Tədris İşləri üzrə Menecer vakansiyası
İşin adı: Təlim -Tədris İşləri üzrə Menecer
İşin təsviri:
- Müəllimlərin seçimi və işə qəbul prossesinə rəhbərlik etmək;
- Dərslərin monitorinqi və qiymətləndirilməsini aparmalı;
- Tədris proqramlarının hazırlanmasında iştirak və icrasına nəzarət etməli;
- Müəllim heyəti ilə pedaqoji görüşlərin təşkili və inkişaf istiqamətli işləri görməli;
- Tələbə geri dönüşləri əsasında tədris keyfiyyətinin artırılmasını təmin etmək;
- Müəllim proqramlarının tərtibatı və nəzarətin həyata keçirilməsi;
- Tələbələr üçün testlərin hazırlanması və tətbiq olunması, səviyyə imtahanlarının təşkil olunmasına nəzarət;
- Gündəlik müvafiq yoxlamaları və təqibi həyata keçirmək
- Dərslərin keyfiyyətini təmin etmək üçün dərsləri müşahidə etmək, lazım olan dəyişiklikləri təklif etmək;
- Kursun müştəri bazasının genişləndirilməsi üçün kursa yeni müştərilər cəlb etməyin üsullarını təklif etmək, müştərilərə yüksək səviyyəli xidmətlərin göstərilməsinin təşkil etmək;
- Müəllimlərin təlimat qaydalarına uyğunlaşmalarına nəzarət etmək və həftəlik hesabat aparmaq;
- Mövcud məhsulların təkmilləşdirilməsi və yeni məhsulların yaradılması ilə əlaqədar işin təşkili
- Mövcud və yeni məhsullarla bağlı bazar araşdırmasının aparılması (metodologiya, qiymət və sair)
- Satış prosesində məhsulun doğru təqdim edilməsini təmin etmək
- Gündəlik, həftəlik və aylıq yenilənən hesabatlar tərtib etmək, rəhbərliyi işin gedişatı ilə bağlı məlumatlandırmaq;
- Xərclərə nəzarət və xərclərin düzgün idarə olunması
- Call center-in xidmət fəaliyyətinin yaxşılaşdırılmasına nəzarət etmək
- Korporativ satış sistemini qurulması və tətbiqi
- Səlahiyyətləri çərçivəsində Rəhbərlikdən gələn müvafiq tapşırıqları icra etmək
- Marketinq strategiyasını işləyib hazırlamaq və onun yerinə yetirilməsinin təmin edilməsinə nəzarət
- Reklam, Marketing və PR strategiyalarını effektiv yolla tətbiq edərək kursun tanıtımını həyata keçrilməsinə nəzarət
- Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmaları aparmaq, mövcud məhsul və xidmətlərin yeni bazarlarını, onların bazar qiymətlərini və müştəri qruplarını müəyyən edilməsinə nəzarət
Namizədə tələblər:
- Ali təhsil, xarici ölkələrdə təhsil almış olması üstünlükdür;
- İngilis dili bilik səviyyəsi yüksək olmalı;
- Təhsil kurslarında minimum 3 il iş təcrübəsi;
- Təhsil sahəsində mövcud tendensiyalar və inkişafları bilməli;
- Tədris proseslərinin və müəllimlərin idarə olunması üzrə təcrübə;
- Satış, Reklam və Marketinq sahəsi üzrə biliklər olması şərtdir;
- Yaradıcı düşünmə qabiliyyəti;
- Yüksək səviyyədə təşkilatçılıq bacarıqları;
- Vaxt idarəetmə bacarıqları;
- Güclü analitik və problem həll etmə bacarıqları;
- Güclü nəzarət və liderlik bacarıqları;
- MS office (Word, Excel, Power Point), Access proqramlarını əla səviyyədə bilmək.
Namizədin şəxsi keyfiyyətləri:
- İdarəçilik və liderlik bacarıqları
- Komanda ilə işləmə bacarıqları
- Korporativ idarəetmənin prinsipləri
- Analitik düşüncə qabiliyyətinin olması
- Yeni təkliflər verməklə inkşafa nail olmalı
- Stress altında işləyə bilmə qabiliyyəti
- Yüksək səviyyədə təqdimat və inandırma bacarıqları
- Davamlı olaraq özünü və rəhbərlik etdiyi heyətin inkşafına maraqlı olmalı
- Məsuliyyətlilik, Dəqiqlik və loyallıq kimi keyfiyyətlərə sahib olmalıdır.
İş qrafiki:
- 6 günlük iş qrafiki;
- Maaş: 1000-1500 AZN + satışdan faiz
- ARƏM uyğun işə qəbul;
- İş saatı: 09:00-18:00;
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Təlim Tədris İşləri üzrə Menecer (T.M1)” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur