Sumqayıt Dövlət Universitetində vakansiyalar
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti ştatda boş olan vəzifələri tutmaq üçün
MÜSABİQƏ ELAN EDİR
Kafedralar üzrə dosent
Fizika kafedrası - 1 yer
Biologiya kafedrası - 2 yer
Biznesin təşkili və menecment kafedrası -1 yer
Diferensial tənliklər və optimallaşdırma kafedrası - 1 yer
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrası - 1 yer
Kimya mühəndisliyi və ekologiya kafedrası -1 yer
Kafedralar üzrə baş müəllim
Riyaziyyat və onun tədrisi metodikası kafedrası -1 yer
Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrası -1 yer
İnformasiya texnologiyaları kafedrası -1 yer
Energetika kafedrası -1 yer
Avtomatika və mexanika kafedrası -1 yer
İqtisadiyyat kafedrası -1 yer
Pedaqogika və psixologiya kafedrası - 1 yer
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrası - 1 yer
Kafedralar üzrə müəllim
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrası - 1 yer
Tarix, coğrafiya və metodika kafedrası -1 yer
Fəlsəfə, sosiologiya və politologiya kafedrası - 1 yer
Kafedralar üzrə assistent
Riyaziyyat və onun tədrisi metodikası kafedrası - 1 yer
Fizika kafedrası - 1 yer
Dosent vəzifəsini tutmaq üçün müsabiqədə professorlar, dosentlər, elmlər doktorları və fəlsəfə doktorları iştirak edə bilərlər.
Baş müəllim vəzifəsini tutmaq üçün müsabiqədə ən azı 3 illik elmi-pedaqoji stajı olan fəlsəfə doktorları və ya ən azı 5 illik elmi-pedaqoji stajı olan, dərc olunmuş elmi-metodiki işləri olan yüksək ixtisaslı ali-təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər.
Müəllim və assistent vəzifələrini tutmaq üçün müsabiqədə elmi-pedaqoji və ya ixtisası üzrə ən azı bir il iş stajı olan fəlsəfə doktorları, eləcə də ən azı 3 il elmi-pedaqoji iş stajı olan dərc olunmuş elmi-metodiki işləri olan ali təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər.
Müsabiqədə iştirak edən bütün mütəxəssislər aşağıdakı tələblərə cavab verməlidir.
Dil biliyi: B1 (intermediate) səviyyədə ingilis dili
Əlaqə və Ünsiyyət bacarıqları: (Məqalə yazmaq, hesabatlar hazırlamaq və ictimaiyyətlə əlaqə saxlamaq üçün güclü yazılı və şifahi ünsiyyət bacarığı; Effektiv dinləmə bacarığı ilə komanda üzvlərinin fikirlərini və təkliflərini nəzərə almaq.)
Əməkdaşlıq və Komanda İşləməsi: (Müxtəlif akademik və inzibati heyətlə effektiv əməkdaşlıq etmək. Müxtəlif insanlar və mədəniyyətlərlə işləmək bacarığı)
Tədris və təlim bacarıqları: (Müxtəlif tədris metodlarını tətbiq etmək və tələbələrə effektiv şəkildə dərs vermək bacarığı; Gənc akademiklərə və tələbələrə mentorluq və dəstək vermək.)
Rəqəmsal bacarıqlar: (“Microsoft Office” və ya “Google Workspace”; “Word”, “Excel”, “PowerPoint”, “Google Docs”, “Google Sheets” və “Google Slides” kimi ofis proqramlarını səmərəli şəkildə istifadə etmək bacarığı; E-poçt proqramları: “Outlook, “Gmail” və s. e-poçt platformalarında məktubların effektiv idarə olunması, qovluqların təşkili və yazışmaların izlənilməsi; “Moodle”, “Blackboard” və s.; Tədris və təlim proseslərinin idarə olunması üçün LMS platformalarından istifadə etmək; “Zoom”, “Microsoft Teams”, “Google Meet”; Distant tədris və iclasların keçirilməsi üçün onlayn platformalardan istifadə bacarığı; Tədris materiallarını rəqəmsal formatda hazırlamaq və paylaşmaq bacarığı.)
Müraciət üçün aşağıdakı sənədlər tələb olunur:
- Namizədin ərizəsi;
- Kadrlar uçotunun şəxsi vərəqəsi;
- Tərcümeyi-hal;
- Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
- Elmi və tədris-metodiki işlərin siyahısı
Qeyd: Sənədlər, elan dərc olunan gündən bir ay (30 gün) müddətində təqdim oluna bilər.
Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini mövcud əsasnaməyə müvafiq olaraq rektorun adına
yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim etməlidirlər
Az 5008 Sumqayıt, 43-cü məhəllə,
SDU əsas bina otaq 233, (018) 642-15-06
Əlavə: 1-16
Son müraciət tarixi : 31.08.2024
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur