Çərşənbə axşamı, 1 İyul, 2025

Böyüklər üçün küçə və sənədli fotoqrafiya janrında üçgünlük ustad dərsləri


  • Dərc edildi: 17 Aprel, 2023 - 19:32
Böyüklər üçün küçə və sənədli fotoqrafiya janrında üçgünlük ustad dərsləri

Tanınmış türk fotoqrafı Engin Güneysunun böyüklər üçün küçə və sənədli fotoqrafiya janrında üçgünlük ustad dərsləri 

Ustad dərslərinin ilk günündə iştirakçılar Engin Güneysunun yaradıcılığı ilə tanış olacaq, həmçinin öz fotoşəkillərini nümayiş etdirərək, onlara dair peşəkar rəy alacaqlar.

Birinci günün yekununda iştirakçılar küçə və sənədli fotoqrafiyanın həm ümumi təsvirini, həm də incə nüanslarını öyrənəcəklər. Növbəti gün iştirakçılar 1-ci dərs zamanı müzakirə olunan incəlikləri, fotoqrafın müşayiəti ilə çəkiliş ərazisində birbaşa tətbiq etmək üçün şəhərdaxili gəzintiyə çıxacaqlar. Son gün Engin Güneysu gəzinti çəkilişinin müzakirəsini aparacaq, daha sonra iştirakçılar çəkdikləri fotoların peşəkar redaktə edilməsi və çap üçün hazırlanmasını öyrənəcəklər.

Müraciət üçün tələblər:

Fotoqrafiya sahəsində təməl biliklər

Şəxsi fotokamera və ya smartfon

Ən azı 10 fotoəsərdən ibarət portfolio

 3, 4, 5 may / 12:00-17:00

YARAT Mərkəzi

Dil: Türk

Qeydiyyat üçün: https://rb.gy/4gren

◽️Son müraciət tarixi: 27 aprel

◽️Fotoqraf tərəfindən seçilmiş namizədlər ustad dərslərinə dəvət olunacaqlar

◽️İştirak sayı məhduddur

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 51
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 32
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 216
Məktəbəhazırlıq qrup...