Bazar, 17 Avqust, 2025

ARDNF- də Yay Təcrübə proqramı elan olunur


  • Dərc edildi: 17 Aprel, 2023 - 21:16
ARDNF- də Yay Təcrübə proqramı elan olunur

ARDNF- də Yay Təcrübə proqramı elan olunur.

Azərbaycan Respublikası Dövlət Neft Fondunda sonuncu kurs tələbələri, məzunlar, magistr və ya MBA pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş Yay Təcrübə proqramına iyun ayında start verilməsi planlaşdırılır. Proqramın davam edəcəyi 8 həftə ərzində təcrübəçilər, İnvestisiya, Risklərin İdarəedilməsi, Neft Kontraktları İnsan Resursları, Büdcə Proqnozlaşdırma və Layihələr, Mühasibat uçotu və hesabatı, İctimaiyyətlə Əlaqələr, Daxili Audit, Hesablaşmalar, Hüquq, İnformasiya Texnologiyaları kimi fərqli departamentlərdə və İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi şöbəsində real iş mühitində təcrübə və əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahələrdə praktik vərdişlər qazanmaq imkanı əldə edəcəklər.

Təcrübə proqramı ilə maraqlanan tələbələrdən mövzu hissəsində müvafiq struktur bölmənin adını qeyd etməklə CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.
Müraciətlərin qəbulu üçün son icra tarixi: 28 aprel 2023-cü il

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6741
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1608
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 637
“İnnovativ məktəb” l...