ELAN
Gənclər və İdman Nazirliyi aşağıda adı qeyd edilən Tibbi-bədən tərbiyəsi dispanserlərinin həkim, orta tibb işçisi və rəhbər vəzifələrinə sənəd qəbulu elan edir:
Bakı şəhər Tibbi-bədən tərbiyəsi dispanseri
1. Həkim-travmatoloq
2. Həkim-terapevt
3. MBT həkimi (idman həkimi)
4. Həkim-pediatr
5. Həkim-kardioloq
Gəncə şəhər Tibbi-bədən tərbiyəsi dispanseri
1. Həkim-laborant
2. Həkim Lor
3. MBT həkimi (idman həkimi)
4. Həkim-travmatoloq
5. Həkim-rentgen
6. Həkim-nevropatoloq
Lənkəran şəhər Tibbi-bədən tərbiyəsi dispanseri
1. Həkim-stomatoloq
2. Həkim-terapevt
3. Həkim-nevropatoloq
4. Həkim-kardioloq
Şəki şəhər Tibbi-bədən tərbiyəsi dispanseri
1. Baş həkim
2. Həkim-terapevt
3. Baş tibb bacısı
Sumqayıt şəhər Tibbi-bədən tərbiyəsi dispanseri
1. Həkim-travmatoloq
2. Həkim-oftalmoloq
Qeyd edilən vakansiyalar üzrə namizədlər aşağıdakı ilkin tələblərə cavab verməlidir:
- Ali tibb təhsili, həkimlərə şamil olunur (Rezidentura təhsili);
- Minimum iş stajı: 2 il;
- Yaş həddi: 50 yaşadək;
- Kollektivlə işləmək bacarığı;
- Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;
- Xarici dil bilikləri arzuolunandır;
- Sertifikasiya üzrə şəhadətnamənin mövcudluğu;
- MC Office (Word, Excel) proqramlarında işləmək bacarığı.
Təqdim ediləcək sənədlər:
- CV forması doldurulmalıdır (CV Azərbaycan dilində tərtib edilməlidir)
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Ali tibb təhsili haqqında diplomun surəti.
Qeyd: CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq. CV forması [email protected] elektron ünvanına göndərilməlidir.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. Müsahibə nəticələrinə uyğun olaraq, yalnız seçilmiş namizədlərə bu barədə məlumat veriləcək.