Xəzinədarlıq Departamentinin aparıcı mütəxəssisi/baş mütəxəssisi vəzifəsi üzrə vakansiya

“Bank Respublika” ASC Xəzinədarlıq Departamentinin aparıcı mütəxəssisi/baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

 

  • Gündəlik və digər tələb olunan analitik hesabatların hazırlanması (excel və s. proqramlarda);
  • Likvidlik və valyuta mövqeyi risklərinin təhlili;
  • Likvid vəsaitlərin yerləşdirilməsi və cəlb edilməsinə dəstək; 
  • Likvidliyin planlaşdırılması və monitorinqi üçün biznes sahələri ilə müzakirələrin aparılması;
  • ALM-lə bağlı yeni biznes məhsullarının təhlili;
  • Likvidliyin idarə olunması məqsədi ilə qaydaların və tənzimləyici orqanların təhlili;
  • Filialların biznes fəalliyyətinin idarə olunması və tövsiyələrin verilməsi.

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil (maliyyə, iqtisadiyyat sahəsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: müvafiq sahə üzrə minimum 2 il;
  • Dil bilikləri: Azərbaycan dili və İngilis dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
  • Excel proqramı üzrə yüksək səviyyədə biliklər (formulalar, məntiqlər, shortcuts və s.);
  • Yüksək riyazi biliklər və analitik təhliletmə qabiliyyəti;
  • SQL və Data management üzrə biliklərə malik namizədlərə üstünlük verilir;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 1 dekabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Xəzinədarlıq Departamentinin aparıcı mütəxəssisi/baş mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az