Korporativ satış üzrə menecer vakansiyası

Korporativ satış üzrə menecer vakansiyası. 

 

Tələblər:

  1. Ali təhsilli; (İqtisadiyyat, Biznes, Marketinq, Menecment ixtisaslarının məzunlarına üstünlük veriləcək).
  2. Satış (Korporativ satış) sahəsi üzrə 2 ildən artıq iş təcrübəsi;
  3. Müştərilərlə yüksək kommunikasiya qurmaq, diqqətli və səbrli davranış bacarığı;
  4. Məhsulları/xidmətləri yüksək səviyyədə təqdim etmək və izah etmək bacarığı;
  5. Komandada işləmək bacarığı;
  6. Dil bilikləri: Azərbaycan, Rus dilləri – səlis, İngilis dili – arzuolunandır;
  7. MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
  8. Yaş həddi: 23-40;
  9. Xoş görünüşlü, səliqəli olması mütləqdir;

 

Vəzifə və Öhdəliklər:

  1. Mövcud bazarı analiz edib müştəri ehtiyaclarını öyrənmək;
  2. Şirkətin təqdim etdiyi xidmətlərə uyğun inkişaf konseptini hazırlamaq;
  3. Yeni korporativ müştərilər cəlb etmək və mövcud muştərilərlə uzunmüddətli əlaqələr qurmaq;
  4. Satış fəaliyyəti planını hazırlamaq və rəhbərliklə təsdiqləmək;
  5. Müştərilərə individual qaydada tələbatlarına uyğun olaraq təqdimatlar hazırlamaq və komanda ilə təstiqləmək;
  6. Satış kanalları üzərindən işgüzar əlaqələr qurmaq, daxil olan müraciətləri vaxtında cavablandırmaq;
  7. İşgüzar görüşlərdə həftəlik təsdiqlənmiş planla iştirak etmək və nəticələr haqqında həftəlik hesabat vermək;
  8. Məmnuniyyəti artırmaq üçün müştəri problemlərinin və şikayətlərinin həllini qısa zamanda icra etmək;
  9. Rəhbərliyə görülmüş işlərlə bağlı cədvəl hesabatı hər həftə təqdim etmək.

 

İş şəraiti haqqında məlumat:

  1. İş günləri: Bazar ertəsi – Cümə
  2. İş qrafiki: 10:00-18:00
  3. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə prosesi
  4. Əmək haqqı 1000-1200 (+ satışdan bonus), namizədin bilik və bacarığlarına, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsinə əsasən görüş zamanı müəyyən ediləcək.
  5. Ünvan: CİTY POİNT, Cəlil Məmmədquluzadə 102 A
  6. Vakansiyanın adı MÖVZU (subject) yerində qeyd etməklə, CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz!


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az