“Gənclərin İT Bacarıqlarının Artırılması” layihəsinə start verilir
Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi ilə “Gənclərin İT Bacarıqlarının Artırılması” layihəsinə start verilir.
“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Edumap.az-a məlumat verilib ki, 1 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində gənclərə “Python” proqramlaşdırma dili üzrə təlimlərin keçirilməsi planlaşdırılır. İştirakçılar həftədə bir neçə dəfə olmaqla təlimlərdə iştirak edərək yeni məlumatlar əldə edəcək, həmçinin hər həftəsonu keçiriləcək sınaq imtahanında öz bilik və bacarıqlarını sınaya biləcəklər. Layihənin növbəti mərhələlərində gənclərin öyrəndiyi biliklərin multiplayer formatında digər gənclərlə də bölüşülməsi nəzərdə tutulur.
Layihənin keçirilməsində əsas məqsəd gənclərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək, seçilmiş iştirakçıların öz ixtisas istiqaməti üzrə təlimçilik fəaliyyətinin formalaşmasında yardımçı olmaq, habelə gənclər arasında proqramlaşdırma sahəsinə marağı artırmaqdır.
Həmçinin qeyd olunub ki, layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir.
Layihədə iştirak etmək istəyən 17-23 yaş aralığında, informasiya texnologiyaları sahəsinə maraqlı, özünü inkişafa meyilli, məsuliyyətli və təşəbbüskar gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3Hnz8G1
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur