Hesabatlıq və təhlil üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya

Ölkənin yeganə milli poçt operatoru "Azərpoçt" MMC Hesabatlıq və təhlil üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.“

 

 

Vəzifə Öhdəlikləri:

 

  • Poçt daxili təhlillərin hazırlanması; (məhsullar, layihələr və s. üzrə)
  • Yeni və mövcud məhsulların maliyyə təhlili, gündəlik və həftəlik hesabatların hazırlanması;
  • Mərkəzi Banka təqdim edilən hesabatların hazırlanması;
  • İdarəetmə mühasibatlığının aparılması;
  • Maliyyə fəaliyyətinin nəticələri barədə hesabatların tərtib edilməsi;
  • Rəhbərlik tərəfindən tələb olunan maliyyə modellərin hazırlanması;
  • Dövrü maliyyə hesabatlarının hazırlanması.

 

 

Namizədə dair tələblər:

 

  • Mühasibatlıq, Maliyyə və ya müvafiq sahələrdə ali təhsil;
  • İdarəetmə/Xərclərə nəzarət və ya Maliyyə analizi sahəsində 1 il iş təcrübəsi;
  • Excel proqramını yüksək səviyyədə bilmək;
  • Analitik düşünmə qabiliyyəti və detallara diqqətcil olmaq;
  • ACCA F3 Sertifikatı;
  • CFA, CİMA sertifikatlarının olması üstünlükdür.

 

 

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan:  Ü.Hacıbəyli 72)

İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Maraqlananlar, öz CV-lərini “Hesabatlıq və təhlil üzrə mütəxəssis” başlığı ilə  [email protected] ünvanına göndərə bilərlər. 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az