“Rabitabank” ASC İT Təhlükəsizlik departamenti, Bank Sistemlərinin Təhlükəsizliyi şöbəsinə mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
- İnsidentlərin aşkarlanması və analiz olunması
- Mövcud servislərin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi;
- İnformasiya resurslarına giriş hüquqlarının təmin edilməsinə və onların istifadəsinə nəzarət;
- Fövqaladə hallarda imformasiya sistemləri üzrə fəaliyyətin davamlılığı, prosedurlara nəzarət etmək;
- Bankda İT təhlükəsizliyinin standartlarının və prosedurlarının tətbiq edilməsini həyata keçirmək;
- İT təhlükəsizlik nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təklifləri hazırlamaq;
- İnformasiyanın qorunması üzrə texniki vasitələrin test edilməsi, tətbiqi və istismarı;
- İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması, təhlili və qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsində iştirak;
- İT infrastrukturu obyektlərinin dövrünün bütün mərhələlərində (layihələndirilməsi, hazırlanması, tətbiqi, sınaqdan keçirilməsi, qəbulu, istismarı və istismardan çıxarılması) informasiya təhlükəsizliyinin təmin olunması məsələləri üzrə tələblərin irəli sürülməsi;
- İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, qeydiyyatı, təhlili və onların tədqiqatında tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibi;
- Əməkdaşların informasiya təhlükəsizliyi tələbləri ilə tanış olması üçün təlimlərin keçirilməsi;
- Elektron imzaların tənzimlənməsini həyata keçirmək;
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- İnformasiya təhlükəsizliyi sahəsində 1 ildən az olmayan iş təcrübəsi;
- Azərbaycan, Rus və İngilis (texniki) dillərini yaxşı səviyyədə bilmək;
- Endpoint Security və Embedded Systems Security üzrə biliklər;
- Active Directory, DNS, WSUS, DHCP, GPO üzrə biliklərə sahib;
- DLP, SIEM, IDS/IPS, E-mail Security, Web Application Firewall (F5, Imperva) üzrə biliklər;
- Vulnerability Scanners (Nessus, Rapid7, Openvas) üzrə biliklər;
- Verilənlər bazası, web servislər və kod təhlükəsizliyi üzrə təməl biliklərin olması;
- Şəbəkə təhlükəsizliyi üzrə anlayışların və biliklərin olması;
- İT İnfrastrukturu üzrə monitorinqdən toplanan təhlükəsizlik loqlarının emalı və nəticə üzrə işin planlanmasını təmin etmək;
- Linux ƏS üzrə biliklər;
- Təhlükəsizlik üzrə sənədləşmə işlərinin həyata keçirilməsi və hesabatların hazırlanması bacarığı;
- Təhlükəsizlik təhdidləri və riskləri barədə məlumatlı olması;
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05.07.2023-cü il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Bank Sistemlərinin Təhlükəsizliyi şöbəsinə mütəxəssis” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur