Cümə, 6 İyun, 2025

“Yaşıl dünya üçün müzakirə platforması” çərçivəsində debatlarda 1500-dən çox gənc iştirak edib


  • Dərc edildi: 13 Dekabr, 2024 - 00:00
“Yaşıl dünya üçün müzakirə platforması” çərçivəsində debatlarda 1500-dən çox gənc iştirak edib

“Yaşıl dünya üçün müzakirə platforması” çərçivəsində debatlarda 1500-dən çox gənc iştirak edib

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin və ali təhsil müəssisələrin debat klublarının təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ətraf mühitin qorunması və ekoloji maarifləndirmənin aparılması məqsədilə debat turnirləri keçirilib.

 

Respublikanın 15-dən çox ali təhsil müəssisəsinin tələbələrinin qoşulduğu debatlar ümumilikdə 1500-dən çox gənci əhatə edib. Debatlarda iqlim dəyişikliyinə qarşı mübarizə, dayanıqlı enerji mənbələri, onların ekoloji və iqtisadi tərəfləri, ətraf mühitin qorunmasında texnologiyanın təsiri və yaşıl məkanların artırılmasının vacibliyi kimi mövzular müzakirə edilib.

 

Qeyd edilir ki, “Yaşıl dünya üçün müzakirə platforması” çərçivəsində 14-15 dekabr 2024-cü il tarixində “Bakı Gənclər Debat Forumu: Qış, 2024” təşkil olunacaq. Forumda ali təhsil müəssisələrini təmsil edən 50 komandanın iştirakı ilə ““Enerji tələbatının yenilənə bilən enerji mənbələri ilə təmin edilməsinə yatırılan sərmayə, bu sektorun iqtisadi səmərəliliyindən üstün tutulmalıdır.” mövzusu ətrafında debatlar aparılacaq.

 

 “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan debat forumun əsas məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə gənclərin ictimai məsələlərdə fəallığını artırmaq, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək, enerji mənbələri, onların yaratdığı iqtisadi və ekoloji təsirlərlə bağlı məlumatlılığı artırmaqdır. 

 

“Bakı Gənclər Debat Forumu: Qış, 2024” layihəsinin əsasnaməsinə uyğun olaraq oktaybr-dekabr ayları ərzində ali təhsil müəssisələrdə debat klubların təqdimatları, təlimlər, görüşlər və seçim turnirləri olmaqla ümumilikdə 100-dən artıq fəaliyyət həyata keçirilib. Bu mərhələləri uğurla keçən komandalar əsas Forumda iştirak haqqı qazanıb.

 

Həmçinin, gənc debatçılar üçün "COP29 Gənclər evi" pavilyonunda da ingilis dilində ətraf mühit mövzusunda debatlar təşkil edilib.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 94
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 278
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 81
Elm və təhsil naziri...