Çərşənbə axşamı, 19 Avqust, 2025

"Bakcell" komandasına Dizayner (Aparıcı mütəxəssis) axtarılır


  • Dərc edildi: 21 Noyabr, 2023 - 10:26
"Bakcell" komandasına Dizayner (Aparıcı mütəxəssis) axtarılır

"Bakcell" komandasına Dizayner (Aparıcı mütəxəssis) axtarılır.

 

Vəzifə öhdəliklərİ:

- Müxtəlif növ kreativ dizaynların (vizual, motion və video) təqdim olunan tapşırığa əsasən sıfırdan hazırlanması.

- Təsdiqlənmiş kommunikasiya materiallarının lazimi ölçülərinin və adaptasiyalarının hazırlanması (logolar, kampaniya dizaynları, promo material dizaynları, veb sayt, SM, satış və İR üçün dizaynlar, motion, video və s.)

- Daim yenilənən dizayn trendlərinin izlənilməsi və cari trendləri gündəlik işlərdə tətbiq edilməsi.

- Bütün dizaynların Bakcell brend təlimatına və strategiyasına uyğun olmasını təmin etmək.

- Gündəlik veriləcək işlər ilə bağlı öhdəliklərin vaxtında yerinə yetirilməsi.

- Rəhbərlik tərəfindən həvalə olunan əlavə tapşırıqları yerinə yetirmək.

Vəzifənin tələbləri

- Ali təhsil

- Foto, Motion və Video yaratmaq sahəsində azı 4 il iş təcrübəsi (Telekommunikasiya, Elektronika, Bank sektorunda və reklam agentliklərində işləmə təcrübəsi üstünlük hesab olunur)

- Azərbaycan (səlis) və Rus (orta) dili bilikləri (Ingilis dilini bilmək üstünlük hesab olunur)

- Adobe PhotoShop, Adobe After Effects, Adobe İllustrator, Adobe Premiere Pro, Corel Draw, İnDesign, MS Outlook proqramları

- Yüksək yaradıcı düşünmə, detallara diqqətli olma qabiliyyəti

- Ən son dizayn trendlərindən/təcrübələrindən məlumatlı olmaq, tətbiq etmək və bacarıq biliklərini daim təkmilləşdirmək

- Çeviklik və dəqiqlik

- Stressə davamlılıq və komandada işləmək bacarığı

- Yaxşı ünsiyyət bacarığı

- Portfolionun olması

İş qrafiki - Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz.

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik. Başlıqda “Vizual yaradıcılıq üzrə aparıcı mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6881
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1706
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 676
“İnnovativ məktəb” l...