Bazar ertəsi, 18 Avqust, 2025

Media Kommunikasiya üzrə kordinator


  • Dərc edildi: 2 Aprel, 2023 - 17:14
Media Kommunikasiya üzrə kordinator

Gender Hub Azərbaycan gender əsaslı diskriminasiya və qadınlara qarşı zorakılıqla mübarizədə gənc təşəbbüs qruplarını, qeyri-kommersiya təşkilatlarını, feministləri, insan hüquqları müdafiəçilərini, hökuməti və beynəlxalq təşkilatları bir araya gətirən sosial platformadır.

 

ƏSAS ÖHDƏLİKLƏR

- Platformanı media fəaliyyətini kordinasiya edilməsi;

- Platformanın sosial media fəaliyyətinin aylıq strukturlu planlaşdırılması;

- Platformanın sosial medialarda gender-həssas və kreativ kontentlərin hazırlanması;

- Layihələrin kommunikasiya materialları üçün kontentlərin hazırlanması;

- İctimai fəaliyyətlərin və layihələrin işıqlandırılması üçün KİV, ənənəvi media, bloqqer və influenserlərlə əməkdaşlıq (press-reliz və elanların hazırlanması və mediaya göndərilməsi);

- Beynəlxalq kampaniyalar üçün illik fəaliyyətlərin planlaşdırılması və potensial tərəflərlə əməkdaşlıq görüşlərinin həyata keçirilməsi;

- Mediada məişət zorakılığı aktlarının monitorinqinin aparılması və onun hesabatın hazrılanması.

- Ölkədaxili və beynəlxalq səfərlərdə təmsilçilik;

 

Qualifications

- 18-26 yaşlı komanda ruhlu, yenilikçi və təşəbbüskar;

- Kritik düşünməyi və empatiya qurmağı bacaran;

- Gender həssas və dəyər-əsaslı yanaşan;

- Konfliktlərə kreativ, kollektiv və dayanıqlı həllər gətirən;

- Azərbaycan dilinin qrammatik qanunauyğunlarından məlumatlı;

- Canva, Google Drive, Microsoft Office proqramında işləməyi bacaran;

- Facebook Business, Media Promotion, Content Creation proseslərindən anlayışlı;

- Təhsil səviyyəsi önəmli deyil.

- 100 ölçün 1 biçən;

- Ən əsası Feminist <3.

 

NONDİSKRİMİNASİYA SİYASƏTİSƏTİ

Gender Hub komandası daxilində, xaricində və hədəf qrupları arasında heç bir kəs yaşı, irqi, dini, əlilliyi, etnik və ya milli mənşəyi, genderi, gender kimliyi, oriyentasiyası, sosial statusu və coğrafi lokasiyası əsasında ayrıseçkiliyə, homofofobiya, transfobiya və ya qısnamaya məruz qalmamalıdır. Gender Hub ayrıseçkilikdən və bərabərsizlikdən azad bir mühit təmin etməyi hədəfləyir.

 

İŞ SAATLARI

Gender Hub komandası ehtiyaclardan asılı olaraq fleksibl iş rejimində çalışır. Detallar namizədlərlə müzakirə ediləcək.

 

Maraqlanan şəxslər rezüme (maks 2 səhifə) və motivasiya məktubu (10 cümlə) ilə birlikdə

"Media kommunikasiya kordinator / Ad/Soyad" başlığı ilə [email protected] göndərsinlər.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6753
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1631
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 643
“İnnovativ məktəb” l...