reklam

Paşa Malls İnsan Resursları üzrə Menecer vəzifəsinə namizədlər axtarır

Vəzifə:

 

Paşa Malls İnsan Resursları üzrə Menecer vəzifəsinə namizədlər axtarır.

 

İşin xülasəsi:

 

İnsan Resursları üzrə Menecer, istedadların şirkətə cəlb olunması, performansın idarə edilməsi, işçi heyətinin cəlb olunması və s. kimi HR təşəbbüslərini dəstəkləyəcək və onları idarə edəcək.

Aşağıda qeyd olunan meyarlara cavab verən namizədlərdən CV-lərini 09 aprel 2023-cü il saat 18.00-dək [email protected] ünvanına göndərmələri xahiş olunur.

 

Əmək funksiyalarının təsviri:

 

  • Bölmə rəhbərləri ilə həftəlik və ya iki həftədən bir iclasların keçirilməsi və lazım olduqda onlara İnsan Resursları tərəfdən məsləhətlərin verilməsi;
  • Ən yaxşı mütəxəssislərin şirkətə cəlb edilməsi, onların inkişaf etdirilməsi və saxlanılması üçün İR strategiyaları və yanaşmalarının həyata keçirilməsi;
  • İR ilə bağlı kommunikasiyaların idarə edilməsi; 
  • Yaxşı iş mühitinin saxlanmasına və işçilər arasında müsbət münasibətlərin qurulmasına köməklik göstərmək;
  • İstedadların cəlb edilməsi üzrə tam dövrlü prosesinin idarə edilməsi: tələbin planlaşdırılması, iş təsvirlərinin tərtib edilməsi, axtarış, işə cəlb etmə, seçim, müsahibə, iş təkliflərinin idarə edilməsi;
  • Yeni işçilərin işə qəbulu və onların uyğunlaşması proqramlarının idarə edilməsi;
  • İşçilərin gündəlik idarə olunması ilə bağlı qanunvericiliyin tələblərinə dair dərin biliklərə sahib olmaq, uyğunsuzluqları, potensial problemləri müəyyənləşdirmək və aradan qaldırmaqla, normativ tələblərə uyğunluğu təmin etməklə hüquqi risklərin azaltmaq. Lazım olduqda Hüquq şöbəsi ilə əməkdaşlıq etmək; 
  • İllik fəaliyyətin idarə edilməsi prosesinin idarə edilməsi. Davamlı təhsil, dəstək və rəhbərlik vasitəsilə yüksək performans göstərib, davamlı öyrənmə mədəniyyətinin oturtulmasını təşviq etmək;
  • Öyrənmə və inkişaf prosesini müəyyən etmək, onu planlaşdırmaq, həyata keçirmək və ölçmək üçün müvafiq sistemlərin saxlanması;
  • Bütün işçi qərarlarla bağlı, o cümlədən yüksəlmələr, transferlər, təzminat tənzimləmələri və s. üzrə məsləhətlərin verilməsi; 
  • Zəruri hallarda İR Direktorunu məlumatlandırmaq şərti ilə, işçilər ilə münasibətlər ilə bağlı qərarlara məsul olmaq;
  • İşçilərin kompensasiya və müavinətlərinə nəzarət;
  • İR üzrə hesabatların və digər İR proseslərin lazımi qaydada idarə edilməsi.

 

Təhsil:

 

  • İnsan Resursları, Biznes İdarəçiliyi və bənzər sahələrdə Bakalavr dərəcəsi;
  • CIPD, SHRM və ya digər İR üzrə sertifikatlara sahib olmaq üstünlükdür.

 

Əsas meyarlar:

 

  • İR üzrə Biznes Tərəfdaşı kimi 4 ildən çox təcrübə;
  • Azərbaycan və İngilis dillərində sərbəst danışmaq imkanı;
  • Kompyuter bacarıqları : Microsoft Excel& Power Point proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Güclü analitik və problemləri həll-etmə bacarığı;
  • Mükəmməl ünsiyyət və təqdimat etmə bacarıqları və şirkət siyasətlərini, iş elanlarını, rol təsvirlərini və korporativ əlaqə yazmaq təcrübəsi;
  • Müsbət, xidmət yönümlü münasibət və başqalarına kömək etmək istəyi;
  • Təsir etmək və dəstək almaq, sonra icrası idarə etmək və düzgün nəticələr əldə etmək bacarığı

 

Şirkət haqqında:

 

PAŞA Mall 2008-ci ildə açılan ilk ticarət mərkəzi ilə Azərbaycanın ən böyük ticarət mərkəzi operatorudur. Hazırda şirkət Bakıda 6 ticarət və əyləncə mərkəzini və Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə bir ticarət mərkəzini idarə edir. 


Bakının yeganə lyuks ticarət mərkəzi – Port Baku Mall;

Xəzər dənizinə açılan möhtəşəm terrası ilə şəhərin ən sevimli məkanları siyahısında birinci yerdə olan – Dəniz Mall;

Ölkənin ilk ticarət mərkəzlərindən biri olan - 28 Mall; Ən böyük beynəlxalq və yerli brend məkanı olan - Gənclik Mall;

Bakının mavi səmasına açılan geniş tavanlı yeganə ticarət mərkəzi - Amburan Mall;

Şəhərdən kənarda yerləşən alış-veriş və əyləncə üçün sevimli məkan olan - Şüvəlan Park;

Ölkənin ikinci böyük şəhəri olan Gəncənin ən dəbdəbəli və müasir ticarət mərkəzi olan - Gəncə Mall


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az