Şənbə, 16 Avqust, 2025

Şirvan-Salyan və Gəncə-Daşkəsən Regional Məşğulluq filialının dəstəyi ilə əmək yarmarkası keçiriləcək


  • Dərc edildi: 25 Avqust, 2022 - 11:00
Şirvan-Salyan və Gəncə-Daşkəsən Regional Məşğulluq filialının dəstəyi ilə əmək yarmarkası keçiriləcək

İşsiz və işaxtaran şəxslərin nəzərinə!

Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan və Gəncə-Daşkəsən Regional Məşğulluq filialının dəstəyi ilə əmək yarmarkası keçiriləcək.

 “Socar Peyroleum" QSC və "Baku Electronics” MMC-də qeyd olunan vakansiyalar üzrə işə qəbul olunmaq istəyən şəxslər göstərilən tarixdə müvafiq filiallara yaxınlaşa bilərlər.

 Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.

 Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaqdır.

 Yarmarka keçiriləcək ünvan və tarix:

 Salyan rayonu, Təbriz Xəlilbəyli küçəsi 163. (Heydər Əliyev Mərkəzi)

 27 avqust, 2022

 10:00 – 17:00

Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi və Ş.İ.Xətai prospektinin kəsişməsi (Baku Electronics MMC-nin Gəncə filialının inzibati binası)

 29 avqust, 2022

 11:00 – 16:00

 

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6654
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1567
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 608
“İnnovativ məktəb” l...