Çərşənbə axşamı, 1 İyul, 2025

“Məhsul sahibi marafonu” keçiriləcək


  • Dərc edildi: 6 Oktyabr, 2022 - 11:55
“Məhsul sahibi marafonu” keçiriləcək

“PASHA Bank OJSC”nin tərəfdaşlığı və “SUP VC” şirkətinin təşkilatçılığı ilə “Məhsul sahibi marafonu” baş tutacaq!

Bu marafonda məhsulun hazırlanma prosesi və məhsul sahibi rolunun mənimsənilməsi əhatə olunacaq. Həmçinin marafonda məhsul sahibi olmaq üçün lazım olan bilik və bacarıqlar da tədris ediləcək.

4 həftə boyunca davam edəcək marafon məhsul yarışı formatında keçiriləcək. İştirakçılar məhsul sahibi adını qazanmaq üçün yarışacaqlar. Yarış iki mərhələli olacaq. Birinci mərhələ tətbiqi sessiyalardan ibarətdir.

İkinci mərhələdə isə mentorluq xidməti göstəriləcək.

7 universitetdən 14 komandanın qatılacağı yarışda iştirakçılar startap ideyası üzərində işləyib, “MVP” (minimal həyat qabiliyyətli məhsul) təqdim etməlidir. Birinci mərhələni uğurla tamamlayan komandalar növbəti mərhələdə birincilik uğrunda mübarizə aparacaq.

Marafona 3-cü və 4-cü kurs tələbələri qatıla bilər. İştirakçılar məhsul meneceri, dizayner və proqramistdən ibarət minimum 3 nəfərlik komandalar şəklində müraciət etməlidirlər. Qeydiyyat üçün son tarix 23 oktyabrdır.

📌Qeydiyyat və ətraflı məlumat üçün link: http://pomarafon.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 38
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 24
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 216
Məktəbəhazırlıq qrup...