ABB Qrafik dizayner vakansiyası elan edir

ABB Qrafik dizayner vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;

  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;

  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;

  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı

  • Yüksək komanda ruhunda əməkdaşlıq;

  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;

  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;

  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;

  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;

  • Bankdaxili aktiv sosial həyat.


 

Görəcəyiniz işlər:

  • Bankın daxili brendinqi ilə bağlı qrafik dizaynları, habelə Bank tərəfindən təşkil olunan PR tədbirləri üçün zəruri çap və rəqəmsal reklam-məlumat materiallarının Bankın bredbukuna uyğun dizaynını hazırlanmaq;

  • 3D maketləri planlaşdırmaq və hazırlamaq (sərgi stendləri, iş sahəsinin interyer dizaynı və s.);

  • İnsan resursları ilə bağlı dizayn konseptlərinin müxtəlif daşıyıcılar üzrə adaptasiyasını təmin etmək;

  • Bankın daxili kommunikasiya layihələrinin hazırlanmasında iştirak etmək;

  • Materialların çapa hazırlığını təmin etmək;

  • Sosial media kanalları üçün qrafik postları hazırlamaq.


Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;

  • Qrafik dizayn sahəsində minimum bir il iş təcrübəsinə;

  • Yüksək səviyyədə Azərbaycan və rus dili biliklərinə;

  • İnnovativlik və yaradıcılıq bacarığına;

  • Komandada işləmək bacarığına;

  • Layihələri idarə etmək bacarığına;

  • Adobe İllustrator, Adobe Photoshop, Corel Draw, Autodesk 3D’s Max, Adobe After Effects, Adobe Premiere proqramları ilə işləmək bacarığına sahib olan şəxsdir.


 

 

 

Əgər axtardığımız namizəd sizsinizsə careers.abb-bank.az portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Əlavə məlumat üçün: www.careers.abb-bank.az

_____________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK: Edumap.az




İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az